Deputat: “Qanun layihəsinə hüquşünaslar rəy verməlidir”

"Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi ilə bağlı hüquqşünaslarla iqtisadçıların fikirləri arasında ziddiyyət var."Olaylar" xəbər verir ki, bunu qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Elşən Musayev deyib. Onun sözlərinə görə, qanun layihəsi tətbiq olunacaq daxili qaydaların daha mütərəqqi olduğunu özündə ehtiva edir: "Qanun layihəsi beynəlxalq təcrübədən istifadə olunmaqla hazırlanıb. Lakin hüquqşünaslarla iqtisadçıların fikirləri arasında müəyyən ziddiyyət var. Hüquqşünaslar layihəni müzakirə edib ona rəy verməlidirlər. Bu qanunun mahiyyəti ondan ibarətdir ki, layihənin iqtisadi cəlbediciliyi onun hüquqi cəlbecidliyinin üstündə olsun. Hansısa formada məhkəmə yaradılmalıdır. Mahiyyət etibarilə bu Azad Zona investorlar üçündür. İnvestor bu qaydaları öyrənib gələcək. Bu gün dünya təcrübəsinə istinad eləməsək, çox dəqiqdir ki, ora heç kim gəlməyəcək. Bu ziddiyyətləri, iqtisadçı və hüquqşünas ritorikasını nəzərə almasaq, gərək qanun layihəsinin müzakirəsini aparmayaq. Təcrübə göstərir ki, Azad Zonalarla bağlı kim nə qədər güzəşt edirsə, o daha çox udur, dövlət daha çox qazanır".
 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR