Nazir söz verdi: “Korrupsiyanın kökü kəsiləcək”

"Vergi orqanlarında korrupsiyanın kökünün tam kəsilməsi üçün bütün resursları səfərbər edəcəyik. Sıralarımızın təmizlənməsinə artıq başlanılıb, bu proses davam edəcək".  Bunu vergilər naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, aşkarlanan bütün neqativ hallarla bağlı qəti tədbirlər görüləcək, heç kəsə güzəşt edilməyəcək. Himayədarlıq faktları xüsusi nəzarətə götürüləcək. "Vergi orqanlarının səlahiyyət və məsuliyyət dairəsi yenidən müəyyənləşdiriləcək. Əsaslandırılmamış maliyyə sanksiyalarına yol verilməməsi üçün bütün mübahisəli hallar mütləq qaydada vergiödəyicisinin iştirakı ilə araşdırılacaq. Apellyasiya Şurasının fəaliyyəti aktivləşdiriləcək, vergi administrasiyası açıq və şəffaf çalışacaq"- vergilər naziri çıxışında deyib. AzVision.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR