Deputatdan təklif: “Qaradağ rayonuna Heydər Əliyevin adı verilsin”

"Təklif edirəm ki, Bakının Qaradağ rayonunun adı dəyişdirilərək, Ulu Öndər Heydər Əliyevin şərəfinə adlandırılsın"."Olaylar" xəbər verir ki, bunu Milli Məclisdə "Ələt azad iqtisadi zonası" haqqında qanunun birinci oxunuşda müzakirəsi zamanı deputat Aydın Hüseynov deyib. Deputat bildirib ki, həm eks-prezident Heydər Əliyevin, həm də prezident İlham Əliyevin Qaradağ rayonunun sosial-iqtisadi inkişafında önəmli rolu olub: "Ona görə də təklif edirəm ki, Heydər Əliyevin anadan olmasının 95 illiyi illiyi ələqdar Qaradağ rayonununun Heydər Əliyev rayonu adlandırılsın".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR