Regionların soaial-iqtisadi inkişafı bölgələrə sərmayə qoyuluşunu artırıb

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası respublikanın hər yerində olduğu kimi, Qazaxda da uğurla icra edilməkdədir. Məhz bunun nəticəsidir ki, rayonda bütün sahələrdə əldə olunan nailiyyətlər sürətlə bir-birini əvəz edir. Dövlət başçısının "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı yekun nitqində Qazax rayonunun ötən il ən çox sərmayə qoyulmuş rayonlar arasında qabaqcıl yeri tutmasını qeyd etməsi rayonun sürətli inkişafını bir daha təsdiq edir. Belə ki, 2017-ci ildə rayona investorlar tərəfindən 26520 min manat sərmayə qoyulub. Ümumilikdə 2017-ci il ərzində rayon üzrə əsas kapitala yönəldilən investisiyaların həcmi 16.416.000 manat, ümumi məhsul buraxılışının həcmi 157.537.000 manat olub ki, bu 2016-cı illə müqayisədə 2,5 faiz çoxdur. Sənaye məhsulunun ümumi həcmi 34.178.000 manat, keçən ilə nisbətən 1,8 dəfə çox, kənd təsərrüfatı məhsullarının həcmi 64.012.000 manat 2016-cı ilə nisbətən 8 faiz çox olub. Rayon üzrə adambaşına düşən məhsul buraxılışı 1.628 manat, orta aylıq əməkhaqqı 269,3 manat təşkil edib. Tikinti-quraşdırma işlərinin həcmi 15.447.200 manat olub. Əhali tərəfindən ümumi dəyəri 4.449.000 manat olan 315 yaşayış evi tikilib istifadəyə verilib. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" ilə əlaqədar Qazax rayonunda davamlı surətdə yeni iş yerləri açılır. 2017-ci il ərzində 13 yeni müəssisə yaradılıb, 1.497-si daimi olmaqla 1.568 yeni iş yeri açılıb. Dövrün sonuna iqtisadi fəal əhalinin sayı 49.952 nəfər olub ki, bundan 49.371 nəfəri məşğul əhalidir. Onlardan daimi işlə 10 min 965 nəfər təmin olunub. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icrası nəticəsində rayonun Daş Salahlı kəndində "Mətanət-A" şirkəti tərəfindən illik gücü 50 min ton olan əhəng istehsalı zavodunun tikintisinə 2016-cı ildə başlanmış, 2017-ci ilin sonunda başa çatdırılıb. Layihənin ümumi dəyəri 15 milyon manatdır. Müəssisədə 300 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulub. "Carçıoğlu GROUP" MMC tərəfindən layihə dəyəri 6 milyon manat, illik istehsal gücü 9600 ton istehsalı olan elektrod zavodunun tikintisi sürətlə davam edir. Zavodun 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulub. Burada 100 nəfərin daimi işlə təmin olunacağı planlaşdırılır. "Saloğlu" fərdi firması 2017-ci il ərzində 15970 min manat investisiya qoyularaq tikinti işləri aparılır. Hal-hazırda firmada 339 nəfər daimi işlə təmin olunub. Layihə başa çatdıqdan sonra isə işçilərin sayı 750 nəfərə çatacaq. Azərbaycanın qədim xalçaçılıq sənətini özünə qaytarmaq üçün respublikanın bir neçə bölgəsində, o cümlədən, "Azərxalça" ASC-nin Qazax filialının tikintisi sürətlə başa çatdırılıb və ötən ilin sonunda istifadəyə veriləcək. Fabrikdə 161 nəfər daimi işlə təmin olunacaq. Hazırda 90 nəfər fabrikdə çalışır. 2017-ci ildə Qazaxda 1177 nəfər daimi, 450 nəfərsə müvəqqəti işlə təmin olunub. Son 2 il ərzində Qazaxda aqrar sahənin inkişafı ürəkaçan olmuşdur və bütün kəndli və fermerlər, ümumən qazaxlılar bir inkişafın canlı şahidləridir. 2017-ci ildə rayona ümumilikdə 43 milyon 800 min manat investisiya qoyulub ki, bunun da 16 milyon 425 min manatı aqrar sahəni əhatə edib. İllər uzunu istifadəsiz qalmış 1721 hektar suvarılmayan torpaq sahəsi yenidən əkin dövriyyəsinə cəlb olunub. 2016-2017-ci illərdə rayonda 1721 hektaradək ərazidə 2 sahibkar tərəfindən müasir suvarma sistemlərinin və innovativ texnologiyaların tətbiqinə əsaslanan bir fermer təsərrüfatı və Qazax aqroparkı yaradılıb. Qeyd etmək lazımdır ki, ötən ildə Qazax rayonunun 27 yaşayış məntəqəsi üzrə 18700 hektar sahədə kənd təsərrüfatı məhsulları əkilib. Əvvəlki illə müqayisədə 2152 hektar əlavə torpaq sahəsi əkin dövriyyəsinə cəlb olunub. 2018-ci il üçün əkin sahələrinin 19968 hektara çatdırılması nəzərdə tutulub. Rayonda kartofçuluğun inkişafı artan dinamika ilə inkişaf edir. 2017-ci ildə ötən 2016-cı ildəkindən 2 dəfə çox, yəni, 809,1 hektar sahədə kartof əkilib. Becərmə işlərində 2380 nəfər mövsümi işlə təmin olunub. Bu sahədə 22 min ton məhsul əldə olunaraq orta məhsuldarlıq hər hektara 271 sentner təşkil edib. Qazaxda xüsusi gəlirli sahə olan tütünçülüyün inkişafı da ilbəil yüksəlir. 2016-cı ildə 10 hektar tütün əkildiyi halda keçən il 50 hektar sahədə tütün əkini aparılıb və 80 ton məhsul əldə olunub. Bu sahədə 230 nəfər mövsümi işlə təmin olunub. Cari ildə tütünçülüyün daha da inkişafı planlaşdırılır. Azərbaycan üçün ənənəvi sahə olan baramaçılığın inkişafı ölkəmizdə yüngül sənaye üçün xammal bazası yaratmaqla bərabər, həm də əsasən kənd əhalisinin məşğulluğunu təmin edir ki, bu da kümçülərdə daha da yüksək nəticə əldə etməyə motivasiya yaradır. Bunun nəticəsidir ki, 2016-cı ildə cəmi 1502 kiloqram barama istehsal olunduğu halda 2017-ci ildə 4623 kiloqram barama istehsal olunub. Barama qurduna yem bazasının gücləndirilməsi məqsədilə 2016-2017-ci illərdə Qazaxın müxtəlif ərazilərində 23 min ədəd Çin Xalq Respublikasından gətirilib və 8800 ədədi yerli növ olan çəkil tingi olmaqla cəmi 31800 ədəd tut tingi əkilib aqro-texniki qulluq göstərilir. Dövlət Başçısının tapşırığına əsasən respublikanın bir sıra yerlərində olduğu kimi, Qazaxda da fındıqçılığın inkişafı ilə bağlı mühüm addımlar atılmaqdadır. Son iki ildə rayonda 87 hektar fındıq bağı salınaraq 223 hektara çatdırılıb. Cari ildə əlavə 39 hektar ərazidə fındıq bağı salınması nəzərdə tutulur. Bu məhsulun "Made in Azerbaijan" brendi altında xarici ölkələrə ixracı təmin olunur. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Qazaxda istehsal olunan kənd təsərrüfatı məhsullarının satışında heç bir problem yaşanmamışdır. Belə qənaətə gəlmək olar ki, Dövlət Başçısının Azərbaycanın idxaldan asılılığının aradan qaldırılması və ixracın artırılması, iqtisadiyyatın şaxələndirilməsi və əhalinin maddi-rifah halının daha da yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıq və tövsiyələr Qazaxda uğurla icra olunur. Ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün taxılçılığın inkişafına da xüsusi diqqət yetirilir. 2017-ci ildə əvvəlki ilə nisbətən 3320 hektar çox olmaqla 11 min hektar sahədə taxıl əkilib. Nəticədə 12665 ton çox olmaqla 36469 ton taxıl istehsal edilib. Məhsuldarlıq 33 sentner təşkil edib. Rayonda sürətli təmir-tikinti və abadlıq işləri də aparılıb. Məlum olduğu kimi 2017-ci ildə iqtisadi sahədə çox böyük uğurlar əldə edilmiş və 2017-ci il dərin iqtisadi islahatlar ili olmuşdur. Bu il ərzində qəbul edilmiş qərarlar, qanunlar, imzalanmış sərəncamlar iqtisadi islahatları daha da dərinləşdirir və qeyri-neft sektorunu inkişafına imkan verir. Ən sevindirici hal ondan ibarətdir ki, 2017-ci ildə neft sektoru ilə yanaşı qeyri-neft sektorumuz artıb və burada artım 2.5 faiz təşkil edir. Sənaye sahəsində qeyri-neft sektorumuz 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artmışdır. Əlbəttə ki, kənd təsərrüfatının inkişafı kənd təsərrüfatı məhsullarının ixracının artmasına səbəb olacaq. Azərbaycan Respublikası Prezidentinin 20 oktyabr 2016-cı il tarixli sərəncamına əsasən Qazax şəhərində təmir işləri nəzərdə tutulmuş 24 ədəd çoxmənzilli binaların dam örtüyündə və fasad hissəsində təmir işləri başa çatıb. Vətəndaşların müraciətlərini nəzərə alaraq əlavə 20 ədəd çoxmənzilli binalarda təmir işləri aparılıb. Cəmi 24 binaya qarşı 44 binada təmir işləri aparılıb. Bundan əlavə, Qazax şəhərində 34 ədəd çoxmənzilli yaşayış binasında təmir işləri aparılmışdır. Bu işlərlə əlaqədar 103 nəfər işlə təmin olunub.
2018-ci ildə daha 16 çoxmənzilli binada təmir işlərinin aparılmasına başlanılıb və 50 nəfər işlə təmin olunub. Əlavə olaraq 1 mart 2018-ci il tarixdə 65 ədəd çoxmənzilli binada təmir işlərinə başlanacaq. Vətəndaşların müraciətini nəzərə alaraq 2018-ci ildə 81 çoxmənzilli binada təmir işləri aparılacaq. Qazax şəhərinin mərkəzində yerləşən Ədəbiyyat Muzeyində əsaslı təmir işləri aparılıb, binanın daxilində yenidənqurma işləri görülərək ekspozisiya bölmələri yaradılıb. Muzey bütün avadanlıqlarla təmin edilib. Hazırda rayonda 25 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir ki, bunlardan 6-sı şəhərdə, 19-u isə kəndlərdə yerləşir. Fəaliyyəti dayandırılmış Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçası 25 yanvar 2017-ci il tarixindən Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış qəsəbədə yeni tikilib, müasir tələblərə cavab verən binada 3 qrupla yenidən fəaliyyətə başlayıb. Dövlət Proqramına uyğun olaraq Qazax şəhərində tikintisi nəzərdə tutulmuş 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçasının tikintisi başa çataraq istifadəyə verilib. 2017-ci ilin oktyabr ayında əlavə 2 qrupun, 2018-ci ilin yanvar ayında isə əlavə 6 qrupun açılmasına nail olunub. Bundan əlavə, "HGC GROUP" MMC tərəfindən Daş Salahlı kəndində 2 və 3 saylı uşaq bağçalarında əsaslı təmir və yenidənqurma işləri aparılıraraq istifadəyə verilib. Rayon İcra Hakimiyyəti tərəfindən Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar və Cəfərli kənd körpələr evi-uşaq bağçalarında əsaslı təmir işləri aparılıb, müasir tələblərə uyğun inventar və avadanlıqlarla təchiz olunaraq uşaqların istifadəsinə verilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq köhnə Mərkəzi rayon Xəstəxanasının yerində yeni 145 çarpayılıq Mərkəzi rayon Xəstəxana Kompleksinin tikintisi sürətlə davam etdirilir. Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə TÜRKKIZILAYI-nın əməkdaşlığı sayəsində Abbasbəyli kəndində sahəsi 40 kvadratmetr olan 2 otaqlı tibb məntəqəsi tikilərək istifadəyə verilmişdir. Hazırda Ruhi xəstəxanada, Kəmərli və İkinci Şıxlı kənd xəstəxanalarında təmir işləri davam etdirilir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR