Jurnalistlər üçün yeni yazı müsabiqəsi

24 Mart Ümumdünya vərəmlə mübarizə günü ilə əlaqədar "Vərəm haqqında ən yaxşı məqalə"  müsabiqəsi keçiriləcək. "OLAYLAR"-a daxil olan məlumata görə, müsabiqə öncəsi media nümayəndələrinin vərəm haqqında biliklərinin artırılması məqsədilə sizləri "Vərəm sahəsində İctimai vəkillik" mövzusunda tədbir təşkil olunacaq. Görüşdə iştirak edən jurnalistlər Ümumdünya Səhiyyə təşkilatı ilə birgə əməkdaşlıq mərkəzinin mütəxəssisləri tərəfindən vərəmin profilaktikası, erkən aşkarlanması, müalicəsi, infeksiyaya nəzarət tədbirləri haqqında dolğun məlumat əldə edə biləcəklər.

Qeyd edək ki, müsabiqə "QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun" maliyyə dəstəyi ilə "TB-REP regional vərəm proqramı"nın Azərbaycan vətəndaş cəmiyyəti əlaqələndiricisi Sağlamlığa Xidmət İB-in təşəbbüsü və Vərəm əleyhinə QHT Koalisiyasının dəstəyi ilə baş tutacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR