Hakimlər üçün distant təlim keçirilib

Ədliyyə Akademiyasında Avropa Məhkəməsinin Azərbaycandan olan hakimi hüquq elmləri doktoru, professor Lətif Hüseynovun iştirakı ilə hakimlər üçün video-konfrans vasitəsilə distant təlim keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, tədbirin açılışında çıxış edən Akademiyanın rəhbəri Elçin Xələfov bu təlimin əhəmiyyətini vurğulayıb, onun dinləyici auditoriyasının genişləndirilməsinə, təlim materiallarının daha çevik çatdırılmasına, həm mühazirəçilər, həm də dinləyicilər üçün vaxta qənaət olunmasına xidmət etdiyini bildirib. Qeyd olunub ki, Akademiya tərəfindən Avropa Şurası ilə birgə həyata keçirilən layihə çərçivəsində 1.100-dək hakim və digər hüquqşünaslar İnsan Hüquqları üzrə Avropa Konvensiyasının müxtəlif maddələrinin şərhinə dair təlimlərə cəlb olunub.Ali, Bakı Apellyasiya və birinci instansiya məhkəmələrindən 10 hakimin və Ədliyyə Akademiyası təlimçilərinin iştirak etdiyi təlimdə Avropa Məhkəməsinin hakimi L.Hüseynovun "Avropa İnsan Hüquqları Konvensiyası və subsidiarlıq prinsipi" mövzusunda video-konfrans vasitəsilə mühazirəsi dinlənilib, maraqlı diskussiyalar keçirilərək fikir mübadiləsi aparılıb, hakimləri maraqlandıran suallara aydınlıq gətirilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR