AzTU-da şəhidlərin anım günü keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) universitetin fevral ayında anadan olan Şəhid məzunlarının anım günü keçirilib. "OLAYLAR"-a təhsil ocağından bildirilib ki, tədbirdə AzTU-nun prorektoru İsa Xəlilov, Şəhidlərin valideyinləri, qohumları, müəllimlər və tələbələr iştirak edib. İştirakçılar əvvəlcə universitetin Şəhid məzunlarının xatirəsinin əbədiləşdirmək üçün yaradılan abidə kompleksi önünə gül dəstələri düzüb, Vətən uğrunda canını fəda edən igidlərin ruhları qarşısında etiramlarını bildiriblar.

Anım tədbiri AzTU-nun Milli Qəhrəmanlar və Şəhidlər Muzeyində davam etdirilib.

Prorektor İsa Xəlilov çıxış edərək bildirib ki, Birinci Qarabağ döyüşlərində, həmçinin, ondan sonrakı dövürlərdə sabitliyin bərpa olunması və Azərbaycanın müstəqilliyinə qarşı müxtəlif qəsdlərin qarşısını almaq məqsədi ilə, xüsusi ilə 2016-cı ilin aprel ayında baş verən döyüşlərdə AzTU-nun yüzlərlə məzunu, təhsilini yarımçıq qoyaraq döyüşə atılan əbədi tələbələri şəhid olub. Prorektor qeyd edib ki, Şəhidlərin yadd edilməsini, təbliğ olunmasını özünə müqəddəs borc bilən AzTU-nun rəhbərliyi bir ənənə olaraq universitetdə onların ad günlərini təşkil edir.

Daha sonra Şəhid Əliyev Elşad Hacıbaba oğlunun anası Flora Əliyeva, AzTU-nun Aprel döyüşlərində həlak olan məzunu, Şəhid Axundov Əbdülməcid Nadirşah oğlunun anası Ceyran Axundova çıxış edərək övladları ilə bağlı xatirələrini bölüşüblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR