Zorakılığa məruz qalan qadınlar hansı xəstəliyə tutula bilər?

Qadınlara qarşı şiddət niyə gizli saxlanır?

21-ci əsrdə hələ şiddət görən bir çox qadın var. Qadınlara istiqamətli şiddət, məşhur olan fiziki şiddətlə məhdud deyil. Qadınlara tətbiq olunan psixiloji və mənəvi, hətta iqtisadi şiddət də eyni şəkildə qadın psixologiyasına mənfi təsir edir. Ailə daxili şiddət deyildiyi zaman, qadının aldığı zərbə düşünülür. Halbuki şiddət yalnız fiziki döyülmə ilə deyil, psixoloji və mənəvi şiddət olaraq da ciddi bir problem olaraq qarşımıza çıxır. Yüksək səslə qışqırmaq, iynələyici sözlər söyləmək, özünü pis hiss etdirən söz və cümlələrdən istifadə etmək psixoloji və mənəvi şiddət olaraq təyin olunur. Psixoloji şiddət, hər şeydən əvvəl qadınların, onun özünə inamını yox etməyi məqsəd qoyan çox təsirli bir hücum vasitəsi olaraq istifadə edilir. Ancaq çox təəssüf ki, qadınlarımızın çoxu psixoloji və mənəvi şiddətə məruz qaldıqlarıyla üzləşmək belə istəmirlər. Bir daha xatırladaq ki, qadın zorakılığı cəmiyyətdə və ya ailədə qadınlara fiziki, psixi, emosional, iqtisadi və cinsi təcavüzkarlığı nəzərdə tutur. Statistikaya görə, qadınların 60%-i öz ailəri tərəfindən zorakılığa məruz qalır, onların sağlamlıqlarına xələl yetirilir, əksər hallarda isə zorakılığın baş verməsi faktı gizli saxlanılır. Belə hallar qadınların maarifləndirilməsinin lazımi səviyyədə aparılmasının vacibliyindən xəbər verir.Onu da qeyd edək ki, dünyada 42% qadın cinsi və fiziki zorakılığa məruz qalaraq zədə və travma alır. Zorakılığa məruz qalan 16% qadında vaxtından əvvəl düşüklər, vaxtından əvvəl uşaqların doğulması baş verir. Çox təssüf ki, belə hallar ölkəmizdə də özünü büruzə verir. Daha acınacaqlısı ondan ibarətdir ki, Azərbaycanda zorakılığa məruz qalmış qadınlar zorakılıq hallarını gizlətməyə çalışırlar.
Vəkil Rövşən Qasımov deyir ki, hər evlilikdə və əlaqədə mübahisələr olar, ancaq hər mübahisənin bir həddi, sərhədi və ölçüsü olmalıdır. Bu mübahisələr qışqırıb, təhqir ölçüsünə çatdığı zaman psixoloji və mənəvi şiddət başlayır. Əvvəllər kiçik mübahisələrlə başlayan anlaşılmazlıqlar, zaman içində döyüşlərə çevrilərkən, kişinin həyat yoldaşına ya da sevgilisinə qışqırması, qürurunu incitməsi, özü kimi düşünüb davranmağa məcbur etməsi psixoloji və mənəvi şiddətin başlanğıcını təşkil edir: "Başlanğıcda qadın zorakılığa məruz qaldığını düşünməzkən, əlaqənin içində passiv və ürkək bir mövqeyə gəlir. Birdən birə özündən çıxan və qışqırmağa başlayan yoldaşını daha da əsəbləşdirməmək üçün susmağı seçir. "İqtisadi asılılıq qarşı çıxmağa maneə törədir". Onun bildirdiyinə görə, şiddətə məruz qalan hər üç qadından ikisinə, eyni zamanda iqtisadi şiddət də tətbiq olunur. Qadının işinə icazə verməyib və ya maddi imkanı daha geniş olduğu halda, qadına çox məhdud pul vermək, çalışan qadının qazandığı pulun hamısını əlindən almaq, evlə əlaqədar bütün maddi məlumatları yoldaşından saxlamaq, mal və mülklərin yalnız öz üzərində olmasını təmin etmək kimi davranışları iqtisadi zorakılığın üsulları olaraq saya bilərik: "Hər cür şiddət idarə məqsədlidir. Çox təəssüf ki insanın təhsil səviyyəsi, sosial statusu, iqtisadi səviyyəsi və daha başqa faktorlar bu tipdəki davranışların qarşısını almağa kifayət etmir. Müxtəlif qaynaqlar şiddət tətbiq edən kişilərin hamısını "normal şəkildə davranan kişilər" olaraq qəbul edir. Əksəriyyətlə qadınlar şiddət tətbiq edən ərlərini "çöldə mələk" olduqlarını görürlər. " Mənəvi şiddət tətbiq edən insanların əksəriyyətində kompleksləri vardır. Bunun altında yatan səbəblər uşaqlığa da əsaslanır. Fərqində varmasa da, uşaqkən yaşadığımız və öyrəndiyimiz davranış formaları, böyüdüyümüzdə bütün həyatımızın içinə yayılar. Adam, öz ailəsində bu tərz davranışları müşahidə etmiş bir uşaqlıq keçirmişsə, şüuraltında mütləq ana və ya atasının rəftarını nümunə alacaq.Yoldaşların və ya qarşı cinsdən hər hansı biri tərəfindən şiddətə uğrayan qadınlar, psixoloji baxımdan problemlər yaşayır. Şiddətə məruz qalan qadınlarda, hər mərhələdə qorxu, ürkəklik, səssizlik və utancaqlıq, yuxusuzluq, əldən düşmüşlük, səslərə qarşı həddindən artıq reaksiya, baş gicəllənməsi, ayaq üstə dayana bilməmək, unutqanlıq, diksinmə, hirs partlamaları, həddindən artıq yorğunluq, ümidsizlik, tez-tez ağlama böhranları, təklik hissinə qapılma, həyata, özünə qarşı inamsızlıq və ümidsizlik görürük. Sağlam bir əlaqədə nə fiziki, nə də psixoloji şiddətin yeri yoxdur. Əgər yoldaşınızda və ya sevgilinizdə, bu davranış pozğunluqları varsa, səs çıxarmamağı deyil, çıxarmağı seçməlisiniz. Əgər yoldaşınızın necə olur da sizə belə davrandığı mövzusunda düşünürsünüzsə, bunun cavabı əslində siz sevgi əsaslı bir əlaqə yaşamağa çalışır olsanız da nəzarət əsaslı bir əlaqə yaşadığınız həqiqətidir. Psixoloji şiddətdə olan tərəf öz lazımsızlığı ilə əlaqədar duyğuları ilə boğuşduğu üçün və əlaqənizi sizin üzərinizdən fərdi bir güc hissi yaratmaq üçün istifadə edə bilər. Qorxu sevgi mərkəzli bir əlaqənin parçası deyil. Əgər bu tərz bir əlaqə yaşayırsınızsa və ya belə bir əlaqənin içindən çıxsanız mütləq psixoloji şiddətin öhdəsindən gəlmə mövzusunda mütəxəssisdən kömək ala bilərsiniz. Bu şəkildə yenidən özünüzü güclü hiss etməyi, özünüzə inanmağı və həqiqətən istədiyiniz həyatı və əlaqəni yaşamağı seçə bilərsiniz".

Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR