Böyük media ailəsinə yeni üzv gəlir

Böyük media ailəsinə yeniliklərlə oxucularını sevindirəcək yeni üzv gəlir. Bu günlərdə ONN İnformasiya Agentliyi fəaliyyətə başlayıb. ONN İnformasiya Agentliyindən saytımıza verilən açıqlamaya görə,  Agentlik Azərbaycanda və dünyada baş verən ən son ictimai-siyasi, sosial, mədəni və tarixi hadisələri obyektiv, qərəzsiz, tərəfsiz olaraq informasiya kimi yayır. Siyasi analizlər, videogörüntülər, proqnozlar, müsahibələr təqdim edir.

Eyni zamanda ONN media internet portalı vasitəsilə informasiyanın yayılmasını həyata keçirir. Portalda "Unutmayaq, unutdurmayaraq" yeni rubrika açmaqla  dəyərlərimizi xatırlatmağa, unutdurmamağa, gənc, istedadlı, yaradıcı şair, yazıçı, elm adamlarını oxuculara tanıtdırmağa, el adətləri, folklorumuzun təbliğinə və s. geniş yer verməyi prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib.   

Agentlik fəaliyyətinin əsas ana xəttinin demokratiyanın inkişafına töhfə vermək, müstəqilliyimizin qorunması, dövlətçiliyimizin inkişafına xidmət etməkdən ibarət olduğunu bildirmişdi.

Əlavə olaraq bildiririk ki, ONN İnformasiya Agentliyi 14 fevral saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzində (Mətbuat zalı) media nümayəndələri üçün brifinq keçirəcək. Bütün media nümayəndələri və maraqlananlar dəvətlidir.

ONN İnformasiya Agentliyinin internet ünvanları;

www.media.onn.group,

www.agency.onn.group,

www.onn.az .

Agentliklə əlaqə; Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə.

E-mail: onnmedia@mail.ru

Tel: +994503102254

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR