Masazırda ağır qəza: sərnişin dolu avtobus divara çırpıldı - FOTO

Sərnişinlə dolu 199 nömrəli avtobus Masazırda ağır qəzaya düşüb. Hadisə "Masazır dairəsi" adlanan ərazidə baş verib.

Belə ki, dairəyə daxil olan avtobus "Hyundai" markalı maşına dəyib və daha sonra divara çırpılıb. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Qəza zamanı xəsarət alanların olub olmadığı hələlik məlum deyil. Baku.ws

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR