"Viki"çilərdən Rauf Denktaş anması

AMEA Mərkəzi Elmi Kitabxanasında Vikipediya mövzusunda keçirilən təlim iştirakçıları tərəfindən Şimali Kipr Türk Respublikasının qurucusu və birinci prezidenti Rauf Denktaşın vəfatının 6-cı ildönümü münasibətilə böyük türk lideri haqqında "Azərbaycanca Vikipediya"da məqaləni əsaslı redaktə etməklə genişləndiriblər. Böyük lider haqqında məqaləni oxucuların istifadəsinə veriblər.

https://az.m.wikipedia.org/wiki/Rauf_Denkta%C5%9F

QEYD: Rauf Denktaş 2012-ci il 13 yanvar tarixində 88 yaşında vəfat edib. Vəfatı ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev o zamankı Şimali Kipr Türk Respublikasının Prezidenti Dərviş Əroğluya məktub göndərərək Şimali Kipr Türk Respublikasının ilk prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Rauf Denktaşın vəfatından olduqca kədərləndiyini bildirmiş və dərin hüznlə başsağlığı vermişdir. Dəfn mərasimində Azərbaycan parlamentinin bir qrup deputatı da iştirak etmişdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR