Sosial şəbəkələri bürüyən ÖLÜM TƏHLÜKƏSİ - VİDEO

Son günlər ölüm təhlükəsi saçan fləşmobun internetdə sürətlə yayılması müşahidə olunur.

Publika.az xəbər verir ki, bu barədə "Fox News" nəşri həyəcan təbili çalıb. Fləşmobun məğzi bundan ibarətdir ki, yeniyetmələr yuyucu vasitə olan gel-həbi çeynəyirlər və sonra estafeti dostlarına, yaxınlarına ötürürlər.

Tibb mütəxəssisləri xəbərdarlıq edirlər ki, yuyucu tozun kapsulları qidaya istifadə üçün yararsızdır və fövqəladə zəhərlidir. Həb etanolu, polimerləri və hidrogen peroksidini özündə birləşdirir. Onların qəbulu ishala və qusmaya, hətta bəzi hallarda ölümə gətirib çıxara bilər.

Fləşmob istifadəçilərindən biri bildirib ki, kapsulun təhlükəli zərərindən xəbərdar olub. Ancaq estafet ona ötürüldüyü üçün həbi yeyib.

Pərviz

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR