Regionlarda ənənəvi sahələrin inkişafı ölkənin ixrac potensialını artırıb

Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlət başçısı tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən edilib. Həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində Azərbaycanda kənd təsərrüfatının böyük potensiala malik, ənənəvi və əməktutumlu sahələrindən olan pambıqçılıq, tütünçülük, ipəkçilik və fındıqçılıq sahələrində ciddi naliyyətlər əldə edilib. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, pambıqçılıq məhsullarına tələbatın ödənilməsi, pambıq emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişaf rtdirilməsi, pambıq məhsullarının ixracının artırılması, kənd yerlərində əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün dövlət dəstəyinin gücləndirilməsi və bu sahənin inkişafının sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 iyul tarixli 3082№-li Sərəncamı ilə "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib. Həyata keçirilən tədbirlər nəticəsində ötən il respublika üzrə 22 rayonda 135 min hektardan artıq pambıq əkilib. Əkinlər əsasən "MKT İK" MMC ,"CTS Aqro" MMC, Şamo" MMC "Goran Pambıq" ASC və "Kənd Təsərrüfatı" MMC-lər ilə birgə əməkdaşlıq barədə müqavilə bağlamış istehsalçılar tərəfindən aparılıb. İstehsalçıların yerli şəraitə uyğun, tezyetişən və ortayetişən məhsuldar və yüksək lif keyfiyyət göstəricilərinə malik pambıq sortlarının toxumlarına olan tələbatlarının ödənilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Türkiyə Respublikasının toxumçuluq üzrə qabaqcıl "ProGen" şirkətindən 420 ton, Almaniyanın "Bayer" şirkətindən isə 162 ton lifsiz pambıq toxumu alınıb. Respublikada pambıqçılıq üzrə fəaliyyət göstərən yeni yaradılmış "Kənd Təsərrüfatı" MMC tərəfindən tədarük olunacaq xam pambığın qəbulu və ilkin emalının təşkili üçün Kürdəmir, Füzuli, Neftçala, İmişli, Ağcabədi, Ağsu, Biləsuvar, Yevlax, Salyan və Sabirabad rayonlarında qəbul məntəqələri yaradılıb, Saatlı rayonunun Əhmədbəyli kəndundə fəaliyyəti dayandırılmış pambıq emalı zavodunda təmir bərpa işləri görülüb, avadanlıqlarla təmin olunaraq yenidən pambıq qəbuluna və emalına başlanıb. Bundan əlavə Ucar rayonunda illik emal gücü 40 min ton olan pambıq emalı zavodunun tikintisinə və avadanlıqlar gətirilməsinə başlanılıb. Kənd təsərrüfatının bütün sahələrinin, o cümlədən pambıqçılığın elmi əsaslarla inkişaf etdirilməsi ilə bağlı mütəmadi olaraq bölgələrdə Kənd Təsərrüfatı Nazirliyinin, eləcə də Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzlərinin təşkilatçılığı ilə fermerlərin iştirakı ilə seminarlar, tarla günləri və təlim kursları keçirilib. Qeyd edək ki, artıq məhsul yığımı yekunlaşmaq üzrədir. Yanvar ayının əvvəlinə olan məlumata əsasən 207 min tona yaxın pambıq yığılıb ki, bu da ötən illə müqayisədə 2.4 dəfə çoxdur. Pambıqçılığın inkişafının daha da sürətləndirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyində İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliklərinin rəhbərlərinin iştirakı ilə pambıq istehsalı və emalı ilə məşğul olan "MKT İK" MMC və "CTS AQRO" MMC-nin nümayəndələri ilə görüş keçirilib. Görüşdə cari ildə görülən işlər, pambıq yığımının gedişi, tədarükü və emalı vəziyyəti, eləcə də qarşıya qoyulan hədəflərə nail olunması üçün 2018-ci ildə həyata keçirilməsi vacib olan məsələlər müzakirə edilib. Həmçinin, pambıq əkən fermerlərin məhsul istehsalına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətlərinin hər ton üçün 1-ci, 3-cü, 4-cü növlər üçün 100 manat, 2-ci növ üçün isə-110 manat artırılaraq, 2018-ci ildə müvafiq olaraq 600, 540, 500 və 580 manat müəyyənləşdirilməsi barədə razılıq əldə edilib.
Regionların soaial-iqtisadi inkişafı çərçivəsində ənənəvi sahələrdən olan tütünçülüyə də züsusi diqqət yetirilib. Məlum olduğu kimi tütün və tütün məmulatlarına olan tələbatın ödənilməsi, tütün emalı müəssisələrinin fəaliyyətinin gücləndirilməsi və müasir texnologiyalar əsasında yeni müəssisələrin yaradılması, xammal təminatının yaxşılaşdırılması, tütünçülük məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün ölkədə tütünçülüyün inkişafını stimullaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib. Dövlət proqramının icrası məqsədilə
Ötən ildə 15 rayonda 3210 hektarda tütün əkilib. Müxtəlif həcmli 2000-dən çox şitillik hazırlanaraq toxum səpilib. Əsasən İtiyarpaq, Zaqatala-67, Virciniya və Berley tütün sortlarının toxumları tədarük edilib. Tütün əkinlərinin texnoloji xəritəsinə uyğun olaraq şum, mala, kultivasiya və digər aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsində fermerlərə müvafiq tövsiyələr verilmiş, texniki xidmətlər göstərilib. DSK-nın 1 dekabr tarixinə məlumatına əsasən 5070 ton məhsul yığılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 41.1 faiz çoxdur.
Paralel olaraq, ölkədə baramaçılığın da inkişafı diqqət mərkəzində olub. Dövlət başçısının ölkədə ipəkçiliyin sürətli inkişafı ilə bağlı tapşırıqlarına uyğun olaraq 2016-cı ildən başlayaraq respublikada ipək istehsalının müasir infrastrukturunun yaradılması, baramaçıiığln yem bazasının möhkəmləndirilməsi, barama toxumçuluğunun təşkili və digər istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsinə başlanııb. İpəkçiliyin gələcək inkişafı üçün baramaçılığın yem bazasının bərpa olunmasının xüsusi əhəmiyyəti nəzərə alınaraq 2016-cı ilin dekabr ayinda Çin Xalq Respublikasından 1,5 milyon ədəd calaq edilmiş tut tingləri tədarük edilib, tərtib edilmiş bölgü əsasında əvəzi ödənilmədən 37 baramaçılıq rayonlarına paylanılıb. Bu rayonların ərazilərində respublikaya dəvət edilmiş Çin Xalq Respublikasının mütəxəssislərinin nəzarəti altında 150 hektara yaxın sahədə yeni intensiv tipli tut bağlarının salınması təmin edilib. Ölkədə barama istehsalının əvvəlki il ilə müqayisədə azı iki dəfədən çox artırılması ilə bağlı ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq Çin Xalq Respublikasından 6000 qutu yüksək keyfiyyətli hibrid ipəkqurdu sənaye toxumları (qrena) tədarük edilib və Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub. İpəkqurdu toxumlarından 99-100 faiz səviyyəsində yüksək keyfiyyətli barama qurdları əldə edilib və respublikanın 31 rayonunun 739 kəndini əhatə edən 3013 kümçü ailəsi tələb olunan miqdarda keyfiyyətli barama qurdları ilə təmin edilib. Həyata keçirilən tədbirlər nəticəsində "Şəki İpək" ASC-yə 245.2 ton yaş barama təhvil verilib ki, bu da ölkə Prezidenti tərəfindən barama istehsalı ilə bağlı cari il üçün müəyyən edilmiş hədəflərdən təxminən 1.6-1.7 dəfə, ötən ildəki istehsaldan isə 3.5 dəfə çoxdur. Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasi Prezidentinin 19 may 2017-ci il Sərəncamı ilə Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon (dörd milyon beş yüz min) manat ayrılıb. Respublikamızda yüksək məhsuldar, calaq olunmuş tinglərdən istifadə olunmaqla intenşiv tipli tut (çəkil) bağlarının salınmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 oktyabr tarixli 3286 nömrəli "İpəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 mart tarixli 1081 nömrəli "Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinə ayrılmış fonddan 1,0 milyon ədəd tut (çəkil) tinglərinin alınması və məhsul istehsalçılarına əvəzsiz verilməsi üçün 775,0 (yeddi yüz yetmiş beş) min manat vəsait ayrılıb. Sərəncamın icrasını təmin etmək məqsədi ilə 1,0 milyon ədəd tut (çəkil) tinglərinin alınması ilə bağlı Çin Xalq Respublikasının "Shandong Guangtong Silkworm Eggs Co" LTD şirkəti ilə müqavilə bağlanılmış və 29 noyabr tarixində tut tingləri respublikaya gətirilərək hazırlanmış bölgüyə uyğun olaraq baramaçılıq rayonlarına paylanılması üçün Tovuz, Şəki, Bərdə, Ucar, Sabirabad və Lənkəran rayonlarına göndərilib.
  Eyni zamanda, ölkə Prezidenti tərəfindən ölkəyə valyuta daxilolmalarında xüsusi çəkiyə malik fındıqçılıq sahəsinin inkişafına ciddi dövlət dəstəyinin göstərilməsi, fındıq istehsalı mümkün olan rayonların müəyyənləşdirilməsi və bu rayonlarda fındıqçılığın sürətlə inkişaf etdirilməsi ilə bağlı verilən tapşırıqların icrası davam etdirilib.Bu sahənin inkişaf etdirilməsi üçün əlverişli torpaq-iqlim şəraitinə malik Zaqatala, Qax, Qəbələ, Balakən, Xaçmaz, Qusar, Oğuz, Şəki, Şabran, Quba, İsmayıllı və Yevlax rayonlarında mərhələli şəkildə 40 min hektar sahədə yeni fındıq bağlarının salınması nəzərdə tutulmuş və bu məqsədlə bölgələrdəki mövcud fındıq bağlarından tədarük ediləcək ting ehtiyatlarının həcmi müəyyənləşdirilmiş, yeni salınacaq bağlar üçün ərazilərin seçilməsi, ting ehtiyatlarının tədarükü, əkin işlərinin optimal müddətdə və keyfiyyətlə yerinə yetirilməsi üçün zəruru tədbirlərin təşkilinə köməklik göstərilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu rayonlarda xüsusi işçi qrup yaradılıb. Həyata keçirilmiş tədbirlər nəticəsində ölkə üzrə ötən il 18,2 min hektara yaxın sahədə yeni fındıq bağları salınıb, fındıq bağlarının ümumi sahəsi 55.1 min hektara çatdırılıb. Hazırda bölgələrdə 10 min hektara yaxın sahədə yeni bağların salınması üçün işlər davam etdirilir.Yeni fındıq bağlarının salınması üçün Balakən rayonu üzrə 500 min ədəd, Qax rayonunda 240 min ədəd, Qəbələ rayonunda 540 min ədəd, Şəki rayonunda 240 min ədəd, Şabran rayonunda 130 min ədəd ting və pöhrələr hazırlanmış, yeni salınacaq bağlar üçün müvafiq ərazilər müəyyən edilib.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR