Keçən il 233 müraciət cavablandırılıb

2017-cı il ərzində ümumilikdə 233 müraciət daxil olub. Onlardan 154-ü Ucar rayonunda, o cümlədən Milli Məclisin inzibati binasında müxtəlif vaxtlarda təşkil etdiyimiz qəbul və görüşlər zamanı, 32-i yazılı formada məktubla və 47-si elektron formada edilən müraciətlərdən ibarətdir. Belə bir açıqlama ilə çıxış edən millət vəkili Vüsal Hüseynov deyib ki, həmin müraciətlərin böyük əksəriyyəti, 187 müraciət iqtisadi-sosial xarakterli məsələlər, 46-sı digər məsələlərlə bağlı olub: "Bu müraciətdən 156-sı müsbət həllini tapıb. Bu isə ümumi müraciətlərin 67%-i deməkdir. 15 müraciət hazırda baxılmaqdadır.  62 müraciət üzrə qənaətbəxş nəticə əldə edilməyib. Bu isə təəssüf ki, müraciətlərin məzumununun və narahatlıqların miqyasının bizim imkanlardan, bacarıqlardan və səlahiyyətlərdən kənar olması ilə bağlı olub. Bu tip müraciətlər əsasən iş yerləri ilə təmin edilmə, maliyyə yardımının göstərilməsi, məhkəmə predmeti olan məsələlər və sair oxşar müraciətlərdir.
Hər bir halda hər bir müraciət üzrə müraciət müəllifi ilə əlaqə saxlanılıb, izah və tövsiyələr verilib".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR