Gənclərin nitq mədəniyyəti yüksəldilir

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və "İRƏLİ" İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən "Gənc Natiqlər" layihəsi başa çatıb. "OLAYLAR"-a daxil olan məlumata görə, Gənclər fondunun 10-cu qrant müsabiqəsinin qalibi Hilal Əliyevin rəhbərliyi ilə həyata keçirilən layihədə əsas məqsəd gənclərdə kommunikativ səriştə formalaşdırmaq, onların ümumi nitq mədəniyyətini yüksəltmək, müasir Azərbaycan dili normalarını daha mükəmməl mənimsəmək, ünsiyyətin müxtəlif formalarından daha məharətlə istifadə etmək bacarığını aşılamaq olub.

Layihə çərçivəsində, 2 gün ərzində peşəkar ekspertlər tərəfindən 100-ə yaxın gəncə təlimlər keçirilib, onlara natiqlik sənətinin incəlikləri öyrədilib, silsiləvi tədbirlər, seminarlar, təlimlər keçirilibdir. Sonda layihə iştirakçıları şəhadətnamələrlə təltif ediliblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR