“İrəli” Cocuq Mərcanlıda

Prezident İlham Əliyevin doğum günü və təşkilatın təsis olunmasının 9-cu il dönümü münasibəti ilə birliyin sədri MirHəsən Seyidov, "İRƏLİ" komandası və 100-dən çox üzv Aprel şəhidləri kompleksi, Şəhidlər Xiyabanına gedib, Cocuq Mərcanlıya ekskursiya edərək yeni tikili, məktəb və mədrəsənin hazırki vəziyyəti ilə tanış olublar. 
"OLAYLAR" -a İctimai Birlikdən verilən məlumata görə, Cocuq Mərcanlıya ekskursiya edən "İrəli" komandası aprel şəhidlərinin abidəsi önünə gül dəstələri qoyub, daha sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə inşa olunmuş Cocuq Mərcanlıda yerləşən Şuşa məscidi formasında hazırlanan tikili, aprel hadisələri zamanı şəhid olan Novruz Aslanov adına Cocuq Mərcanlı kənd orta məktəbi ilə tanış olublar. 

Məktəbə təşkilat tərəfindən xüsusi hədiyyələr, şagirdlər üçün ləvazimatlar, kitabxana üçün kitablar təqdim olunub. Qeyd edilib ki, məktəbli şagirdlər qonaqları əllərində gül dəstələri ilə qarşılayıblar. Məktəb və Mədrəsənin, həmçinin tikililərin hazırki vəziyyəti ilə tanış olan gənclər dövlətin göstərdiyi qayğının canlı şahidi olublar.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR