Azərbaycan  rəhbərliyi ölkədə fikir, söz, ifadə və məlumat azadlığının təmin olunması, onun daha da inkişaf etdirilməsində hədsiz dərəcədə maraqlıdır

Siyavuş Əmirli: "Bunu ölkə rəhbərliyi həm atdığı addımlar, həm imzaladığı sənədlər, həm də söylədiyi fikirlərlə təsdiqləyir, sübuta yetirir"

Artıq 26 ildir ki, müstəqil dövlət olan Azərbaycan özünün uğurlu inkişaf yoluna qədəm qəyub. Ötən 26 il ərzində bütün sahələrdə əldə edilən nailiyyətlər, qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdəki yeri və rolunu möhkəmləndirib, ölkəmiz dünya birliyində sayılıb-seçilən dövlətlərdən birinə çevrilib. Müstəqilliyin ilk illərindən demokratik prinsiplər, ənənələri inkişaf etdirməyi, bu prinsiplərə sadiqliyi qarşıya məqsəd qoyan Azərbaycan Respublikasında demokratiyanın əsas göstəricilərindən sayılan fikir. söz, məlumat və ifadə azadlığı da inkişaf etdirilir, təmin olunur. Bunu elə kütləvi informasiya vasitələrinin rəhbərlərinin özləri də etiraf edirlər. Laçin.info saytının baş redaktoru Siyavuş Əmirli ilə də söhbətimiz elə bu istiqamətdə oldu.

-Siyavuş bəy, siz uzun illərdir media sahəsində fəaliyyət göstərirsiniz. Bir mətbuat nümayəndəsi kimi bu gün Azərbaycan mediasının durumu, fəaliyyət istiqamətləri sizi qane edirmir?

-Sizin də qeyd etdiyiniz kimi uzun illərdir media sahəsində fəaliyyət göstərirəm. Düzdür, mənim malik olduğum təcrübə, bu sahədəki fəaliyyət dövrüm bəlkə də Azərbaycan mediasının durumunu qiymətləndirməyə yetərli deyil. Çünki Azərbaycan mediasının tanınmış simaları, müəllimləri, ağsaqqalları var və onların mediamız, kütləvi informasiya vasitələrinin durumuna, mövcud vəziyyətinə qiymət verməsi daha doğru olardı. Amma bununla yanaşı mən də öz növbəmdə müəyyən detallara, media sahəsində mövcud olan vəziyyətə, hazırkı vəziyyətin ərsəyə gəlməsində göstərilən səylərə, fəaliyyətlərə, eləcə də bu fəaliyyətlərin uğurlu nəticələrinə nəzər yetirmək istərdim.

Öncəliklə onu qeyd etmək istərdim ki, bu gün Azərbaycan mətbuatı 142 illik tarixinin ən inkişaf, tərəqqi dövrünü yaşayır. 142 illik tarix dövründə Azərbaycan mediası, milli mətbuatı bu günkü qədər inkişaf etməyib, irəli getməyib. Milli mətbuatımız sahəsində müşahidə edilən bu inkişaf medianın bütün istiqamətlərində özünü ehtiva edir.

-Medianın bütün istiqamətləri dedikdə nəyi nəzərdə tutursunuz?

-Birincisi, deyərdim ki, ən əsası, fikir, söz, məlumat və ifadə azadlığının təminatıdır, bu istiqamətdə Azərbaycanda vəziyət kifayət qədər ürəkaçıcıdır. Bunu təsdiqləyən amillər isə kifayət qədər çoxdur. Bura ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin sayı, onların normal və heç bir maneə ilə üzləşmədən fəaliyyət göstərməsi,  azad və müstəqil medianın inkişaf etdirilməsinə dövlətin dəstəyi, eləcə də digər nüanslar daxildir. Məlumdur ki, günümüzdə Azərbaycanda minlərlə kütləvi informasiya vasitəsi, qəzetlər, jurnallar, dərc edilir. Eləcə də yüzlərlə elektron informasiya resursları mövcuddur. Bununla paralel olaraq paytaxtda və regionlarda televiziya kanalları fəaliyyət göstərir. Göründüyü kimi Azərbaycanda istənilən sayda kütləvi informasiya vasitəsi, qəzet və jurnal mövcuddur. Bu da nəyin göstəricisidir? Təbii ki, fikir, söz, məlumat və ifadə azadlığının. Ümumiyyətlə, hər hansı bir ölkədə bu qədər sayda kütləvi informasiya vasitəsinin, media resurslarının mövcud olması həmin ölkənin demokratiya, media sahəsində inkişafa hazır olduğundan xəbər verir. Bir başqa maraqlı məqam ondan ibarətdir ki, ölkədə çoxsaylı media qurumu, qəzet və jurnallar, televiziya və digər informasiya vasitələrinin fəaliyyət göstərməsi həmin ölkənin özünün, onun rəhbərliyinin fikir, söz, ifadə və məlumat azadlığına olan dəyərinin, münasibətinin göstəricisidir. Azərbaycanda bu sahədə mövcud vəziyyəti nəzərə alsaq, diqqət yetirsək açıq şəkildə söyləyə bilərik ki, Azərbaycan  rəhbərliyi ölkədə fikir, söz, ifadə və məlumat azadlığının təmin olunması, onun daha da inkişaf etdirilməsində hədsiz dərəcədə maraqlıdır. Bunu ölkə rəhbərliyi həm atdığı addımlar, həm imzaladığı sənədlər, həm də söylədiyi fikirlərlə təsdiqləyir, sübuta yetirir. Bu məqamda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin cari ilin iyul ayında jurnalistlər üçün inşa olunmuş ikinci yaşayış binasının açılış mərasimi, eləcə də hakim Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi ərəfəsində keçirilən təntənəli mərasimdəki çıxışı zamanı söylədiyi fikirlərə diqqət çəkmək lazımdır. Dövlət başçısı Jurnalistlər Binasının açılış mərasimində çıxışı zamanı əsas diqqəti ölkədə mövcud olan fikir, söz və məlumat azadlığına yönəldərək media təmsilçiləri, nümayəndələrinin də bu imkanlardan səmərəli istifadə etməsini, eyni zamanda bu fəaliyyətləri ilə kütləvi informasiya vasitələrinin inkişafına  töhfə vermələrini arzulamışdı. Prezident İlham Əliyev deyirdi: "Jurnalistlər əlbəttə ki, fəaliyyətləri ilə inkişafa öz töhfələrini verirlər. Cəmiyyəti incidən, narahat edən problemləri üzə çıxarırlar. Sizə deyə bilərəm ki, mən bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edirəm. Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir. Yəni, əlbəttə ki, mənə həm xarici, həm daxili siyasətlə, həm də təhlükəsizlik məsələləri ilə bağlı əsas məsələlər məruzə edilir. İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz". Yaxud hakim Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi ilə bağlı mərasimdə çıxışı zamanı dövlət başçısı bir daha fikir, söz, ifadə və məlumat azadlığının təmin olunmasının Azərbaycanda başlıca prioritet olduğunu qeyd etməklə yanaşı, ölkəmizin bundan sonra da bu prinsiplərə sadiq qalacağını vurğulamışdı: ""Azərbaycanda bundan sonra da bütün azadlıqlar təmin ediləcəkdir. Biz demokratik cəmiyyət qururuq. Yeni Azərbaycan Partiyasının yaradılması demokratiyanın təzahürü idi. Buna baxmayaraq, o vaxt hakimiyyəti dövlət çevrilişi nəticəsində zəbt etmiş AXC-Müsavat cütlüyü ən antidemokratik addımlar atmağa hazır idi ki, bu partiyaya əngəllər törətsin. Ancaq Yeni Azərbaycan Partiyası o vaxt ölkədə siyasi sistemin yaradılmasına da çox böyük töhfə vermişdir. Bu gün biz demokratiya yolu ilə gedirik. Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı tam şəkildə təmin edilir". Bütün bu qeyd etdiyimiz məqamlar, atılan addımlar, görülən işlər Azərbaycan dövlətinin azad media, kütləvi informasiya vasitələrinin inkişafına verdyi dəyər, göstərdiyi diqqət və qayğının əyani sübutu, təsdiqidir.

-Konkret hansı addımları sadalaya bilərsiniz?

-Azərbaycan dövləti, şəxsən dövlət başçısının mətbuat, kütləvi informasiya vasitələrinin inkşaf etdirilməsi istiqamətində atdığı addımlar, gördüyü işlər kifayət qədərdir. Cənab Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyət göstərdiyi ilk gündən media, kütləvi informasiya vasitələri bu diqqət və qayğını, münasibəti öz üzərində hiss edib. Heydər Əliyev siyasu kursunun layiqli davamçısı olan Cənab Prezident İlham Əliyev ilk olaraq ölkədə nəşr olunan qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarını tamamilə ləğv etdi. Məlumat üçün qeyd edim ki, ümummilli lider Heydər Əliyev zamanında qəzetlərin Azərbaycan Nəşriyyatına olan borcları müəyyən müddət üçün dondurulmuşdu. Cənab Prezidenti İlham Əliyevin kütləvi informasiya vasitələrinin Azərbaycan Nəşriyyatına olan borclarını ləğv etməsi isə ölkə mediasına, mətbuatına sanki bir nəfəs verdi, onun maddi problemini bir qədər aradan qaldırdı.Sonrakı dövrlərdə kütləvi informasiya vasitələrinin problemlərinin ümumiləşdirilərək həmin problemlərin həlli istiqamətində müvafiq addımların atılması, qəzet və digər informasiya vasitəsi yaratmaq üçün növcud olan bir çox əngəllərin aradan qaldırılması,Milli Mətbuat Günü ərəfəsində çoxsaylı media nümayəndələrinin dövlət başçısı tərəfindən təltif edilməsi, 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, jurnalistlərin soial-mənzil şəraitinin yaxşılaşdırlması məqsədilə media nümayəndələri üçün iki hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının tikilib mətbuat nümayəndələrinə pulsuz paylanılması, eləcə də digər bu kimi faktlar dövlətin, dövlət başçısının ölkədə kütləvi informasiya vasitələrinin inkişafına maraqlı olduğunu göstərir. Eyni zamanda sadaladığımız faktlar həm də dövlətin, onun rəhbərliyinin fikir, söz, ifadə və məlumat azadlığının inkişaf etdirilmısindən yana olduğunu ortaya qoyur.  

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR