İnternet üzərindən narkotiklərin satışı halları artır

İnternet vasitəsilə narkotiklərin satışı və uşaqların bu satışa cəlb edilməsi kibercinayətlərin sayının artmasını təsdiq edir

Günümüzdə bəşəriyyətin üzləşdiyi problemlərdən biri də narkomaniya, narkotik vasitələrə aludəçilikdir. Beynəlxalq səviyyədə bu mənfi tendensiyaya qarşı nə qədər mübarizə aparılsa da, lakin sözügedən problemi tam aradan qaldırmaq, narkotik aludəçilərinin sayını azaltmaq o qədər də asan baş vermir. Bunun isə başlıca səbəblərindən biri narkomaniyaya qarşı mübarizə ilə paralel şəkildə narkotacirlərin də daha çox insanı öz torlarına salmaq üçün addımlar atmasıdır. Belə ki, hər il narkomaniyaya qarşı daha effektli mübarizə və yeni yanaşma ortaya qoyulduqca, narkotacirlər də məhz bu yeni yanaşma və mübarizə metoduna təsir göstərə biləcək üsul və vasitələrdən istifadə edirlər.

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan da narkomaniya və narkotik vasitələrə aludə olanlar sırasında yer alır. İstər adminstrativ, istərsə də maarifləndirmə istiqamətində narkomaniyaya qarşı mübarizə aparılsa da, lakin bu problemi tamamilə aradan qaldırmaq mümkün olmur.

Məlumat üçün qeyd edək ki, dünyada milyonlarla insanlar narkotik istifadəçisidir. Hər il yüz minlərlə narkotik istifadəçisinin həyatına son qoyulur. Dünya dövlətlərinin hamısında narkotik problemi var və hamısında bu problemlə bağlı mübarizə aparılır.

Azərbaycanda narkomaniya və narkotik vasitələrə aludəçilərin sayının azaldılması, bu problemin aradan qaldırılması məqsədilə ayrı-ayrı dövlət qurumları da effektli fəaliyyət göstərirlər. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasından bildirilib ki, 2006-cı ildən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən narkomaniya ilə mübarizə, onun insan üçün zərərləri barədə maarifləndirmə materialları çap edilir, təlimlər mütəmadi olaraq keçirilir. Eyni zamanda, Dövlət Komitəsi tərəfindən yerli media orqanları ilə işlər aparılır və narkomaniyanın mənfi təsirləri ilə bağlı informasiya geniş şəkildə yayılır. Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyəti çərçivəsində yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili və maarıfləndirilməsi məqsədilə vaxtaşırı təlimlər, tədbirlər təşkili olunur. Etirafv etmək lazımdır ki, bu kimi maarifləndirici tədbirlər müsbət effekt də verir.

Maarifləndirmə tədbirlərinin davamı olaraq 2016-2017-ci illərdə "Mən həyatı seçirəm" adlı genişmiqyaslı maarifləndirmə layihəsi keçirilib. Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq keçirilən tədbirlərdə ziyanlı vərdişlərin yaratdığı fəsadlar, sağlam həyat tərzi, reproduktiv sağlamlıq və digər mövzular ətrafında müzakirələr aparılmış, iştirakçıların mövzular ətrafinda sualları cavablandırılıb.

Bu gün narkomaniyadan və zorakılıqdan zərər çəkmiş uşaqlara yardımı edilməsi, reabilitasiyanın keçməsi və cəmiyyətə reinteqrasiyası dövlət siyasətinin əsas istiqamətlərdən biridir. Reabilitasiya prosesi özündə psixoloji, hüquqi, tibbi yardımı əks etdirir. Eyni zamanda, araşdırma nəticəsində müəyyən edilsə ki, zorakılıqdan zərər çəkmiş uşaqlar valideyn qayğısı ilə əhatə edilmirdi, onda bu valideyn vəzifələrinin yerinə yetirilməməsindən təsdiqlənir. Həmin faktlar aşkar edilərsə, valideyn hüquqlarında məhdudlaşdırma və ya məhrumetməyə gətirə bilər. Ancaq İnzibati Xətalar və Cinayət Məcəlləsində valideyn məsuliyyətini əks edən müddəaları əlavə etsək problemin həllində çıxış yolunu tapa bilərik.

Araşdırmalardan o da məlum olub ki, son illər internetdə narkotiklərin satışının səviyyəsi artıb. İnternet vasitəsilə narkotiklərin satışı və uşaqların bu satışa cəlb edilməsi kibercinayətlərin sayının artmasını təsdiq edir. Həmin qanunpozuntularının qarşısının alınması məqsədilə Dövlət Komitəsi uşaqların internet təhlükəsizliyinin təmin edəcəyi filtr proqramın hazırlanmasına başlayıb. Elektron proqram təminatı valideynlərin internet vasitəsilə uşaqlara qarşı yönəldilən qeyri-qanuni çağırışlar haqqında məlumatlandıracaq və qarşısını alacaq.

Azərbaycanda dövlət tərəfindən aparılan islahatlara əsasən uşaq nikahlarının, məişət zorakılığının, uşaq alverinin qarşısının alınmasında və narkomaniya ilə mübarizə sahələrində uğurlara nail olunmuşdu. Uşaq hüquqlarının müdafiəsi və narkomaniyanın yayılmasının qarşısının alınması birbaşa dövlətlərin milli qanunvericiliklərdə aparılan islahatlardan və maarifləndirmə kampaniyalarının davam etdirilməsindən asılıdır.

Bu gün hər gəncə seçim hüququ verilib. İnkişaf etmək, təhsil almaq, idmanla məşğul olmaq, ictimai işlərdə fəal olmaq, cəmiyyətə xeyir vermək və digər müsbət fərdi xüsusiyyətlərin gənclərin məqsədinə çevrilməsi üçün dövlətin və vətəndaş cəmiyyətinin birgə fəaliyyəti gücləndirilməlidir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin dəstəyi ilə narkomaniya ilə mübarizə üzrə dövlət siyasəti gücləndirilmiş, sahədə milli qanunvericilik təkmilləşdirilmiş, xüsusi mübarizə strukturları yaradılmış, bir neçə dövlət proqramı və fəaliyyət planları qəbul edilib.

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR