Əmək Nazirliyində görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Diplomatik Akademiyasının (ADA) dəvəti ilə ölkəmizdə səfərdə olan Vaşinqton Universitetinin Sosial İnkişaf Mərkəzinin təsisçisi və direktoru,  professor  Maykl Şerradenlə görüş olub. Görüşdə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə də iştirak edib.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını, ölkəmizdə  iqtisadi inkişaf proseslərinin güclü sosial siyasətlə tamamlandığını vurğulayıb. Nazir respublikada sosial rifah halının yaxşılaşdırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, insan kapitalının inkişafı istiqamətində aparılan kompleks tədbirlər, icra olunan sosial proqramlar, əmək və sosial müdafiə sistemində həyata keçirilən islahatlar barədə M.Şerradenə məlumat verib.

M.Şerraden Azərbaycanda şahidi olduğu inkişaf proseslərinin, xalqımızın qonaqpərvərliyinin, yüksək mənəvi keyfiyyətlərinin onda xoş təəssüratlar yaratdığını qeyd edib.  O, ölkəmizin məqsədyönlü sosial-iqtisadi inkişaf tempinə, uğurlu islahatlar proqramına malik olduğunu bildirib, sosial müdafiə siyasətinin aktiv tədbirlərə üstünlük verilməsi şəraitində inkişaf etdirilməsini yüksək dəyərləndirib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR