Məktəbdənkənar təhsil işçiləri təltif edilib

3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində Təhsil Nazirliyinin Fəxri fərmanına layiq görülən məktəbdənkənar təhsil işçilərinə təltiflərin  təqdim edilməsi mərasimi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri,  Bakı şəhərində yerləşən uşaq-gənclər inkişaf mərkəzləri, uşaq-gənclər idman-şahmat məktəblərinin direktor və müavinləri iştirak edib. Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Lalə Qəti məktəbdənkənar təhsil sahəsinə son illər göstərilən diqqət və qayğı, yaradılan şərait barədə məlumat verib. Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov çıxış edərək məktəbdənkənar təhsil sahəsində həyata keçirilən islahatlar, əldə olunan uğurlu nəticələrdən danışıb. Vasif Məmmədov təhsilin inkişafında xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək naliyyətlər əldə etdiklərinə görə təltif olunan məktəbdənkənar təhsil sahəsində çalışan işçiləri təbrik edib.

Daha sonra uşaq-gənclər inkişaf mərkəzləri və uşaq-gənclər idman-şahmat məktəblərinin təltif olunan əməkdaşlarına Fəxri fərmanlar təqdim edilib. Tədbir 3 nömrəli Uşaq -Gənclər İnkişaf Mərkəzi ilə tanışlıqla başa çatıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR