Baş Təhsil İdarəsi müsabiqənin ikinci mərhələsinə yekun vurdu

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc fiziklərin və kimyaçıların yaradıcılıq müsabiqələrinin II mərhələsi yekunlaşıb. "OLAYLAR" xəbər verir ki, gənc fiziklərin yaradıcılıq müsabiqəsinin II mərhələsi dekabrın 6-da, gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin II mərhələsi isə dekabrın 7-də təşkil olunub. Hər iki müsabiqə Nərimanov rayonu üzrə 57, Nəsimi rayonu üzrə 159, Səbail rayonu üzrə 49, Xətai rayonu üzrə 249, Qaradağ rayonu üzrə 233, Nizami rayonu üzrə 70, Xəzər rayonu üzrə 156, Yasamal rayonu üzrə 158, Suraxanı rayonu üzrə 318, Sabunçu rayonu üzrə 252 nömrəli tam orta məktəblərdə, Binəqədi rayonu üzrə 6 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində, Pirallahı rayonu üzrə isə 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Pirallahı rayonunda yerləşən binasında baş tutub. II mərhələdə iştirakçılar 2 akademik saat ərzində ümumi təhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət test tapşırığını və 2 məsələni yerinə yetiriblər.Test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1 balla, məsələ isə 5 balla  müəyyənləşdiriləcək.

II mərhələdə hər rayon üzrə I yeri qazanmış komanda növbəti mərhələdə iştirak etmək üçün vəsiqə alacaq. Final mərhələsində (III mərhələdə) hər rayondan 1 komanda olmaqla, ümumilikdə 12 komanda iştirak edəcək və ilk 3 yeri tutmuş komandalar qalib hesab olunacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR