“Ərzaq məhsullarının tədarükü və təchizatı”

Respublikamızda işgüzar səfərdə olan Çin Xalq Respublikasının Henan inzibati vilayətinin Zhenzhou şəhər nümayəndələri "Ərzaq məhsullarının tədarükü və təchizatı"  Açıq Səhmdar Cəmiyyətində olublar.

Qonaqlar əvvəlcə Səhmdar Cəmiyyətin Lökbatan qəsəbəsində yerləşən ərzaq anbarları, qida məhsullarının saxlanması şəraiti və satışı ilə tanış olublar.

Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədri Əbülfət Qocayev çinli qonaqlara qurumun fəaliyyət istiqamətləri, ölkədə qurulmuş tədarük-təchizat sistemi haqda ətraflı məlumat verib. Bildirilib ki, Səhmdar Cəmiyyət ölkənin ümumi iqtisadi inkişaf siyasətinə uyğun olaraq xarici bazarlara yerli məhsulların göndərilməsində, Çin kimi aqrar-sənaye potensialı böyük olan dövlətlərin mütərəqqi təcrübələrinin öyrənilməsində maraqlıdır. Bu mənada qurum Azərbaycanda istehsal olunan ekoloji baxımdan təmiz kənd təsərrüfatı məhsullarının qablaşdırılması, markalanması, logistikası sahəsində çinli tərəfdaşlarla yaxından əməkdaşlıq etmək niyyətindədir.  

Zhenzhou şəhəri üzrə Kənd Təsərrüfatının İnkişafı Komissiyasının rəhbəri Zhou  Yamin bildirib ki, son illər Azərbaycanda həyata keçirilən iqtisadi inkişaf siyasəti, ölkənin qlobal layihələrdə aktiv iştirakı, eləcədə əhəmiyyətli logistika qovşağında yerləşməsi ölkələr arasında tərəfdaşlıq imkanlarını artırıb. Çin tərəfi Azərbaycanın əlverişli coğrafi imkanlarından yararlanaraq qida və kənd təsərrüfatı təyinatlı bir çox layihələr həyata keçirmək niyyətindədir.

Zhenzhou şəhərini kənd təsərrüfatı məhsulları ilə təchiz edən Səhmdar Cəmiyyətin Direktorlar Şurasının sədri Yanq  Vanyou Azərbaycanda qurulmuş tədarük-təchizat sisteminin üstünlüklərini vurğulayaraq bir sıra istiqamətlərdə əməkdaşlıq imkanlarının mövcudluğu haqda danışıb.

Daha sonra qarşılıqlı maraq doğuran bir sıra layihələr müzakirə olunub. Çin nümayəndə heyəti "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC rəhbərliyini ölkəsinə işgüzar səfərə dəvət edib.

Sonda çinli qonaqlar İdarə Heyətinin sədri Əbülfət Qocayevə hədiyyə təqdim ediblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR