Dənizçilərlə görüş keçirilib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Dəniz Nəqliyyat Donanmasında "matros", "motorçu" və "elektrik" peşələri üzrə işə qəbul prosesinin test mərhələsində uğurlu nəticə göstərmiş namizədlərlə görüş keçirilib. "OLAYLAR"-ın Gəmiçiliyə istinadən verdiyi xəbərə görə, görüşdə bildirilib ki, "AXDG" QSC-nin rəsmi internet səhifəsində elan olunmuş "matros", "motorçu" və "elektrik" peşələri üzrə müraciət edən namizədlər arasında  23-24 noyabr 2017-ci il tarixlərində ilk dəfə test imtahanı keçirilib. İmtahanda ümumilikdə 76 nəfər iştirak edib. Onlardan 41-nin göstərdiyi nəticə keçid balından yüksək olub.

Xatırladaq ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin İnsan Resurslarının İdarəedilməsi Departamenti (İRİD) tərəfindən üzən heyətin işə qəbulunda  yeniliyin tətbiqinə başlanılıb. Bundan sonra namizədlərin nəzəri bilikləri işə qəbul prosesinin ilkin mərhələsində test imtahanı vasitəsi ilə yoxlanılacaq. Məqsəd prosesi təkmilləşdirmək və güclü kadr bazası yaratmaqdır

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR