Şəmkirdə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 2017-ci il üçün fəaliyyət planına Şəmkir Rayon İcra Hakimiyyəti ilə birgə "Vətənin müdafiəsinə hazıram!" adlı tədbir keçirilib. Xidmətdən "OLAYLAR"-a bildirilib ki, tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Rasim Şirinov, Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Emin Həsənli, ictimaiyyət nümayəndələri, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər. Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov ordumuzun hərbi qüdrətinin yüksək səviyyədə olduğunu qeyd edib. Daha sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Rasim Şirinov gənclərin həqiqi hərbi xidmətə hazırlanması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Mərasimdə şəhid ailəsinin nümayəndəsi, Qarabağ Müharibəsi veteran, çağırışaqədərki hazırlıq rəhbəri, çağırışaqədərki hazırlıq fənni üzrə yüksək nailiyyət göstərən şagird, hazırda hərbi hissədə nümunəvi xidmət edən əsgərlər mükafatlandırılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR