Sosial şəbəkələrin dini təxribat planı

 Azərbaycanda dini qarşıdurma üçün heç bir zəmin yoxdur

Dünyaya tolerantlıq nümunəsi nümayiş etdirən Azərbaycanda dini təfriqə salmağa cəhd edən qüvvələr yenidən fəallaşıblar. Həmin qüvvələr ənənələrinə sadiq qalaraq dini qarşıdurma "metodunu" sınamaq qərarına gəliblər. Mətbuatda yayılan məlumata görə, Azərbaycan dini mühitində zərərli tendensiya müşahidə olunmağa başlayıb. Lakin hələlik bu tendensiyanın sosial şəbəkələrdə cərəyan edir. Buna baxmayaraq  prosesin özü çox təhlükəli olması və dir hansısa görünməz əllər tərəfindən dəstək verildiyi qeyd edilir. "Məsələ ondadır ki, Yaxın Şərqdə son 6 ildə dini-məzhəbi nifrətə köklənmiş terror müharibəsi bitməyə doğru getdiyi, qatı, inkarçı düşüncənin zərərliliyi fikrini hər kəsin qəbul etməyə başladığı bir zamanda Azərbaycanda ənənəvi şiə məzhəbi ardıcılları arasında təkfir düşüncəsi yayılmağa başlayıb.Məlumdur ki, İslam dini ardıcılları arasında təkfirçi düşüncənin yaşı çox qədimə gedir. Öz inancını daha doğru və haqq bilən, fərqli düşünənləri "dindən çıxmış", "yolunu azmış", "küfrə düşmüş" kimi görən və buna görə də onları öldürməyə icazə verəcək qədər irəliyə gedən bu düşüncə əsrlər boyu yüz minlərlə günahsız insanın həyatına son qoyub, müsəlman aləmini inkişafdan saxlayıb. Son 6 ildə Yaxın Şərqdə bunun acı nəticələrini gördük", deyə məlumatda bildirilir.

Əvvala qeyd edək ki, Azərbaycanda dini qarşıdurma üçün heç bir sosial, siyasi, iqtisadi əsas yoxdur.  İndiyə qədər müsləman ölkələrinin heç birinin edə bilmədiyi tolerantlıq nümunəsi Azərbaycana məxsusdur. Yəni, Azərbaycan yeganə ölkələrdəndir ki, müxtəlif dünlərin daşıyıcıları sərbəst şəkildə dini ayinləri icra edirlər, sünni və şiələr bir məsciddə namaz qılırlar.  Deməli, Azərbaycanda dini qarşıdurma üçün heç bir zəmin yoxdur. O ki, qaldı xarici maraqlı qüvvələrin təxribatlarına, etiraf edək ki, bu məsələ də ciddi nəzarət altındadır. Ölkənin xüsusi xidmət orqanlarının dini radikalizmə qarşı həyata keçirdikləri tədbirlər dedikləimizi bir daha təsdiq edir. Məlumat üçün qeyd edək ki, Azərbaycanda dini radikalizmə qarşı mübarizə üç istiqamətdə qurulub. Bu istiqamətlərdən birincisi ideoloji mübarizədir ki, müvafiq qurumlar tərəfindən bu istiqamətdə ciddi işlər aparılır. Məhz bunun nəticəsidir ki, Azərbaycanda dini radikal qrupların kök atması üçün heç bir mühit yoxdur. İdeoliji mübarizə həm də dini radukalizmin ölkəmizə süni şəkildə gətirilməsini əngəlləyib. Dini radikalizmə qarşı mübarizədə ikinci xətt hüquq-mühafizə orqanları üzərinə düşən vəzifədir, üçüncü istiqamət isə iqtisadi sahədə olan mübarizədir. Deməli,  maraqlı qüvvələrin daxili sabitliyi pozmaq üçün ən həssas sahə hesab olunan dindən istifadə istəkləri nəzərə alınaraq heç də rahat oturmağa dəyməz.

Hüquqşünas Alim Hüseynli bildirib ki, ölkə parlamenti "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun qəbul edib: "Vaxtı ilə bir sıra xarici ölkələr çalışıblar ki, demokratiya və insan hüququ adı altında öz ideologiyalarını Azərbaycana ixrac etsinlər. Lakin belə halların qarşısı alınıb. Son dövrlər ayrı-ayrı dini qruplar öz məkirli ideologiyasını, niyyətini ixrac etməyə çalışır. "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun  bu kimi halların qarşısını almağa xidmət edir. Qanunda  söhbət  radikal dini ekstrimis qüvvələrin fəaliyyətinin qarşısının alınmasından gedir. Sənədə  əsaən qanunsuz silahlı qruplaşmaların yaradılması, terror, xarici silahlı münaqişələrdə iştirak, konstitusiya quruluşunun dəyişdirilməsi, ərazi bütövlüyünə təhdidlər kimi məsələlər var. Eləcədə dini ekstrimizmi maliyyələşdirmə məsələsi əksini tapıb. Məlum olduğu kimi Azərbaycanda bütün dinlər bərabərdir. Bu baxımdan sənəddə hansısa cəryanın digər cəryana qarşı mübarizəsi, insanları qızışdırması məqamlarına qarşı addımlar nəzərdə tutulur".

Onun sözlərinə görə, qanunda həmçinin dini ekstrimist qruplarına qarşı əməliyyatların aparılması məsələsi də nəzərdə tutulur:  "Qanuna görə, parlament hüquq mühafizə orqanlarına icazə veririk ki, əməliyyatlar aparsın, axtarışlar həyata keçirsin. Qanunda həmçinin hadisələrə mətbuatın mövqeyidə nəzərdə tutulur. Bəzən ayrı-ayrı media nümayəndələri qızışdırıcı mövqe tutur, insanlara çağırışlar edir, qeyri dəqiq məlumatlar yayır. Ona görə, nəzərdə tutlur ki, xüsusi ərazilərdən dəqiqləşdirilməmiş məlumat verən jurnalistlər cəzalandlrlsın. Azərbaycan hüquqi dövlət olduğundan bu kimi addımların hüquqi müstəvidə həyata keçirilməsi müsbət haldır".

Hüquqşünas  deyib ki, müsəlman ölkəsi olaraq Azərbaycanda müsəlmanlarla bərabər xristianlıq, iudaizm və digər qeyri-ənənəvi dinlərə mənsub xeyli sayda vətəndaş və vətəndaşlığı olmayan insanlar yaşayır. Hər hansı bir başqa dinə və millətə mənsub olduğuna görə Azərbaycan ərazisində insanlara cəmiyyət tərəfindən radikal münasibət göstərilməyib: "Azərbaycan dini və milli tolerantlıq baxımından region və bir sıra Avropa dövlətlərindən öndədir. Dünyada sabitliyi qoruyub saxlamaq üçün ilk növbədə insanlar arasında mehribanlıq və qarşılıqlı anlaşma təmin olunmalıdır. Mədəniyyətlərin müxtəlifliyini qəbul etməyən, digər dinlərə etiqad edən insanların adət-ənənələrinə, həyat tərzinə, əqidə və düşüncələrinə hörmətlə yanaşılmayan cəmiyyətdə sabitliyə və inkişafa nail olmaq qeyri-mümkündür. Müasir dövrdə dövlətin, dini icmaların, eləcə də, bütün xalqların başlıca vəzifələrindən biri insanlararası münasibətlərdə dözümlülüyə nail olunması, müxtəlif din və mədəniyyətlərə mənsub insanların sülh şəraitində yaşayışının təmin edilməsidır". A.Hüseynlinin fikrincə,  cəmiyyətdə dözümsüzlük meylləri baş qaldırarsa, insanlar arasında münasibətlər daha da kəskinləşər və dünyada yeni münaqişə ocaqları yaranar: "Qarşıdurmaların baş verməməsi üçün insanlarda digər din və mədəniyyətlərə qarşı dözümlülük və hörmət keyfiyyətləri aşılanmalıdır. Tarix boyu müxtəlif dinlərə və məzhəblərə etiqad edən xalqlar arasında günahsız insanların ölümünə səbəb olmuş dini zəmində bir çox müharibələr baş verib. Bu qarşıdurmalar əsasən cəmiyyətdə dini dözümsüzlük və təəssübkeşlik hisslərinin baş qaldırması nəticəsində yaranmış və qarşısıalınmaz prosesə çevıilmişdir".

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR