Sumqayıtda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Dekabrın 5-də Sumqayıt şəhəri 8 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilən "Şəhadət" sənədli  filmi  nümayiş olunub.
Tədbirdə məktəbin direktoru Ruhiyə Abdullayeva, DQİDK-nın Sumqayıt  bölgəsi üzrə şöbəsinin əməkdaşı  Ülvi Məmmədov, müəllimlər  və yuxarı sinif şagirdləri iştirak ediblər. "OLAYLAR"-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, məktəb direktoru Ruhiyə Abdullayeva çıxışında dövlət quruculuğunda  və  cəmiyyətin inkişafında gənclərin rolundan danışıb. Qeyd  edib ki, gənclərin milli-mənəvi, dini dəyərlərimiz və vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində maarifləndirmə işinin düzgün təşkili olduqca vacibdir. Bu baxımdan Dövlət  Komitəsinin sifarişi ilə çəkilən və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə  həsr  olunmuş "Şəhadət" sənədli  filmi təsirli vasitədir.

DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov film haqqında  məlumat verərək bildirib ki, burada aldadılaraq, yad, zərərli dini düşüncələrin təsiri ilə ölkədən kənarda qanunsuz silahlı birləşmələrə, terror  təşkilatlarına  qoşulan şəxslərin faciəli həyatı və  torpaqlarımızın işğaldan azad  edilməsi üçün aparılan mübarizədə şəhid  olan qəhrəmanlarımızın şərəfli döyüş yolundan bəhs  edilir. O, filmin nümayişində əsas məqsədin gəncləri dini radikalizm və onun fəsadları barədə  məlumatlandırmaq, eləcə də onlara vətənpərvərlik hissinin aşılanması olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonda "Şəhadət" sənədli filmi nümayiş olunub və şagirdlərin sualları cavablandırılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR