“Nurgün Motors”dan uzaq durun - Maxinasiya

Azərbaycanda "Nurgün Motors"un satdığı bir sıra avtomobillərin keyfiyyəti və şirkətin təklif etdiyi xidmətlərin keyfiyyəti ilə bağlı şikayətlərin sayı artmaqdadır. Vətəndaşların ən çox şikayəti isə "Nissan"ın respublikadakı servis mərkəzlərindəndir.

7News.Az-ın redaksiyasına daxil olan növbəti şikayət də məhz "Nurgün Motors"un servis mərkəzindəndir.

Belə ki, müştəri idarə etdiyi "Ford Mustang" markalı avtomobilinin sıradan çıxan detalı üçün servisə müraciət edib. Avtomobilə lazım olan hissənin 1 ay müddətində gələcəyini söz verən servis rəhbərliyi bu vədinə əməl etməyib. Ötən gün verilən müddətin başa çatdığını görən müştəri, servislə əlaqə saxlayıb. Ancaq onun bütün zəngləri cavabsız qalıb. Bu problemin aradan qaldırılması üçün yenidən "Nurgün Motors"a üz tutan müştəri, orada maraqlı cavablarla qarşılaşıb: "1 aydan sonra gələcək. Ama o da dəqiq deyil".

Buradan belə nəticəyə gəlmək olar ki, "Nurgün Motors" dəfələrlə haqqında edilən şikayətlərdən sonra mətbuatda gedən dəluduzluq xəbərlərindən hələ də nəticə çıxarmayaraq müştərilərinin şikayətinə məhəl qoymur.

Qeyd edək ki, bundan öncə də "Nurgün Motors"la bağlı onlarla şikayət edilmiş və şirkət işçilərinin dələduzluq faktları aşkar olunaraq ictimaiyyətin diqqətinə çatdırılmışdı. Hansı ki, "Nurgün Motors"dan alınan avtomobillərə şirkətin verdiyi 3 illik və ya 100 min kilometrlik yürüş zəmanətinin qüvvədə qalması üçün maşın yalnız "Nissan"ın servis mərkəzində təmir edilməlidir. Burada qiymətlər isə həddindən artıq bahadır. Qəza baş verdiyi halda "Nurgün Qrupa" daxil olan sığorta şirkəti tərəfindən sığortalanmış avtomobilin məhz "Nissan" servisdə təmir edilməsi tələb olunur. Bu isə avtomatik olaraq təmirin qiymətinin bir neçə dəfə artması və onun müddətinin uzanmasına gətirib çıxarır.

Belə neqativ halların "Nurgün Motors" servislərində tez-tez baş verməsi artıq onun müştərilərini təngə gətirib.

Təxminən 4-5 gün bundan öncə redaksiyamıza "Nurgün Motors"la bağlı daxil olan növbəti şikayəti təqdim etmişdik.

Hansı ki, bu şikayət də, vətəndaşların ən çox müraciət etdiyi "Nurgün Motors"un tərkibində olan "Ford Azərbaycan"servis mərkəzlərindən idi.

Bu halın dəfələrlə təkrarlandığını bildirən şikayətçi, məsələyə ümumiyyətlə toxunulmadığını, hətda demək olar ki, unudulduğunu bildirib: "Ötən dəfə söhbət edərkən, mənə ən azından problemin həll olunacağını demişdilər. İndi isə, zənglərim belə cavabsız qalır. Bir sözlə desəm, öz keflərindədir".

7News.Az olaraq, məsələnin hüquqi tərəflərini aşkar etmək üçün, "İstehlakçıların Hüquqlarının Müdafiəsi" ictimai birliyinin sədri Eyyub Hüseynov ilə əlaqə saxladıq.

Onun sözlərinə görə, bu cür şikayətlərin ardı-arası kəsilmir. Hər gün yeni şikayətlər daxil olur ki, bunlardan bir çoxu da məhz "Nurgün Motors"dandır: "Azərbaycanda bu sahədə ciddi problemlər yaranıb. İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında qanunun tələbinə görə, məhz bu cür hallar yaşandıqda, avtomobilə lazım olan ehtiyyat hissənin gec tapıldığı halda, müəsissə həmin şəxsi avtomobillə təmin etməlidir. Bununla yanaşı, gecikdirilən hər gün üçün, danışılan məbləğin 1%-i ödənilməlidir".

Bu cür problemlərin aradan qaldırılmasının ən yaxşı və hüquqi tərəfdən üsulunun şikayətçinin məhkəməyə müraciət etmək olduğunu bildirən Eyyub Hüseynov, lazım olan təzminatın geri ödənilməsinin tələb edilməsinin mütləq olduğunu da əlavə edib: "Bu ən başlıca amildir. Əgər qarşı tərəf hansısa bir yolnan bu sadalanan hallardan birindən yayınarsa, o cinayət məsuliyyəti daşımış olacaq. Şikayətçi ona vurulan zərərin ödənilməsini tam olaraq tələb etmək hüququna malikdir".

Qeyd edək ki, müştəri idarə etdiyi "Ford Mustang" markalı avtomobilinin sıradan çıxan detalı üçün servisə müraciət edib. Avtomobilə lazım olan hissənin 1 ay müddətində gələcəyini söz verən servis rəhbərliyi bu vədinə əməl etməyib. Ötən gün verilən müddətin başa çatdığını görən müştəri, servislə əlaqə saxlayıb. Ancaq onun bütün zəngləri cavabsız qalıb. Bu problemin aradan qaldırılması üçün yenidən "Nurgün Motors"a üz tutan müştəri, orada maraqlı cavablarla qarşılaşıb: "1 aydan sonra gələcək. Ama o da dəqiq deyil".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR