“Nurgün Motors”dan  şikayət var - Video

Azərbaycanda "Nurgun Motors"un satdığı bir sıra avtomobillərin keyfiyyəti və qurumun təklif etdiyi xidmətlərin keyfiyyətilə bağlı şikayətlərin sayı artmaqdadır. Vətəndaşların ən çox şikayəti isə "Nissan"ın servis mərkəzlərindəndir. "Nurgün Motors"dan alınan avtomobillərə verilən 3 illik və ya 100 min kilometrlik yürüş zəmanətinin qüvvədə qalması üçün maşın yalnız "Nissan"ın servis mərkəzində təmir edilməlidir. Burada qiymətlər isə həddindən artıq bahadır.

Sürücü Nicat Paşayevin sözlərinə görə, ehtiyat hissələri bahadır, əlverişli deyil, "KİA" ilə bunun ehtiyat hissələrində 2 qat fərq edir: "Servisi də çox bahadır. Ustanın yanına gedəndə 40 AZN-ə başa gəlir. Servisdə isə 90 AZN olur, 2 qatına çıxır".

Sürücülərin sözlərinə görə, qəza baş verdiyi halda "Nurgün Qrupa" daxil olan sığorta şirkəti tərəfindən sığortalanmış avtomobilin məhz "Nissan" servisdə təmir edilməsi tələb olunur. Bu isə avtomatik olaraq təmirin qiymətinin artması və onun müddətinin uzanması deməkdir. Sığorta şirkətinin get-gələ düşən vətəndaşların avtomobillərinin həftələrlə servisdə qaldıqları da olub.

Bundan başqa "Nurgun Motors"un maşınları digər şirkətlərin avtomobillərinə nisbətən daha ağır kredit şərtlərilə satılır. Ekspertlər də düşünürlər ki, "Nurgun Motors"un irəli sürdüyü şərtlər əsasında avtomobil satış qiymətindən azı 3 min AZN, bazar dəyərindən isə 2 dəfə baha başa gəlir. Bu isə daha çox subyektiv amillərlə bağlıdır.

Nəzərə almaq lazımdır ki, alıcı vaxtında krediti ödəyə bilməyəndə avtomobil "Nurgün Qrup"a daxil olan banka qayıdır. Yəni riski bir o qədər böyük olmayan bankın kreditləri niyə belə böyük faiz dərəcəsilə verdiyi qaranlıq qalır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR