Astarada torpaq sürüşməsi nəticəsində yollardan biri qismən bağlandı

Astarada torpaq sürüşməsi nəticəsində dağ kəndinə gedən yol qismən bağlanıb.

Astarada Təxtənəkəran-Toradi yolunun Hamuşam kəndi ərazisindən keçən hissəsində dağdan ovunub gələn torpaq layı yolu bağlayıb. Sakinlərin sözlərinə görə, yolun bir zolağı ağır texnika vasitəsi ilə təmizlənib. Yolun ensiz və yağışlar səbəbindən sürüşkən olması sürücülər üçün təhlükə yaradır.

Əlverişsiz hava şəraiti səbəbindən ərazidə təmizlik işləri müvəqqəti dayandırılıb. Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR