“Suriya və İraqdakı vətəndaşlarımızla bağlı dövlət proqramı hazırlanır” – SƏYAD SALAHLI

"Suriya və İraqdakı vətəndaşlarımızın ölkəyə qaytarılması üçün dövlət proqramı hazırlanır". Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı deyib. O qeyd edib ki, bu məsələ həllini hər hansı təşkilatın öz üzərinə götürə bilməyəcəyi dərəcədə qlobal və böyük məsələdir: "Bu məsələni böyük və geniş mənada dövlət öz üzərinə götürüb və proqram hazırayır. Bəllidir ki, artıq ilk addımlar atılıb və bir uşaq Azərbaycana qaytarılıb. Lakin bu prosesdə dövlətlərarası müstəvidə ciddi araşdırılmalara və s. məsələlərin həllinə yönəldilmiş problemlər var. Bu problemləri həll etmək lazımdır. Ən sadə halda başıqa bir ölkədə vəfat etmiş azərbaycanlının ölkəyə gətirilməsi uzun müddət çəkir. Müvafiq qayda-qanunlar, razılıqlar əldə ediləndən sonra insanların Azərbaycana gətirilməsi həyata keçirilməlidir. Bu istiqamətdə dövblət işləyir və proqram hazırlayır. Buna uyğun olaraq da işlər aparılır. Təbii ki, vətəndaşlarımızın hansı yolla bu ölkələrə getməsi, yaxu aldadılması və s. məsələlər öyrəniləcək. İndiki mərhələdə vətəndaşlarımızın ölkəmizə gətirilməsi üçün ciddi səy göstərilir". Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR