Avtomobil vuran piyada ölüb

Suraxanı rayonunun Bülbülə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, noyabrın 13-də saat 10 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsində Bakı şəhər sakini Əli Vəliyev idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən Şərur rayon sakini Natiq Quliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR