Xəzər Dəniz Gəmiçiliyində audit keçirilir

Beynəlxalq nüfuza malik təsnifat və sertifikatlaşdırma qurumu "Amerika Gəmiçilik Bürosu" (ABS) hazırda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də xarici audit aparır. "OLAYLAR"-ın XDG-yə istinadən verdiyi xəbərə görə, audit 2015-ci ildən Gəmiçilikdə tətbiq edilib işləyən "Təhlükəsizliyin Keyfiyyətli İdarəedilməsi Sistemi"nin (TKİS)  hazırkı səviyyəsinin İSO 9001 (Keyfiyyət Menecmenti), İSO 14001 (Ekoloji Menecment), İSO 50001 (Enerji Səmərəliyi Menecmenti) və OHSAS 18001 (Peşə Təhlükəsizliyi və Əməyin Mühafizəsi Menecmenti) üzrə beynəlxalq idarəetmə standartlarına uyğunluğuna dair alınmış sertifikatlara müvafiqliyini müəyyənləşdirmək üçün aparılır. İlk iki gün Dəniz Nəqliyyat Donanmasının gəmilərində audit həyata keçirilib. Növbəti günlərdə isə Cəmiyyətin aparatının ayrı-ayrı struktur bölmələri də audit olunacaq.Noyabrın 11-dən başlayan xarici audit ayın 17-dək davam edəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR