Qadınlar neçə yaşından sonra sürətlə kökəlməyə başlayır?

Diyetoloqlar və məşhur"Forza Supplements" Britaniya şirkətinin sağlam qidalanma üzrə aparıcı mütəxəssisləri qadınların və kişilərin neçə yaşından sonra sürətlə kökəlməsi ilə bağlı araşdırma aparıb. Diyetoloqlar insanın neçə yaşından sonra kökəlməyə doğru meylli olduğunu öyrənmək üçün bir çox eksperimentlər aparıb. Mütəxəssislər ilk növbədə min nəfərin vərdişləri, menyusu, daha sonra işlərinin spesifikası, hətta münasibətləri də daxil olmaqla onların həyat tərzini təhlil edib.

Bəs onlar nə müəyyənləşdirib?

Sən demə, qadın və kişilərdə köklüyə meyllilik müxtəlif yaşlarda gedir. Qadınlar üçün ən təhlükəli yaş dövrü 35 və 40-dır.

Zərif cinsin nümayəndələrinin əksəriyyəti hamiləlik zamanı kökəlməyə başlayır və hesab edir ki, ikicanlı olduğu üçün iki nəfərin yerinə yeməlidir. Lakin uşaq dünyaya gəldikdən sonra hamiləlik müddətində aldığı çəkilərdən sürətlə xilas ola bilmir və depressiyaya düşür.

Kişilər isə 40 - 45 yaşından sonra köklüyə meylli olur. Buna səbəb xroniki yorğunluq və tənbəllikdir. Yaxud da karyera qurmaq həvəsi kişilərin başını o qədər qatır ki, idmanla məşğul olmağa sadəcə vaxt qalmır.

Bundan əvvəlki araşdırmalarda isə insanın 25 yaşından sonra sürətlə kökəlməyə başaldığı iddia edilmişdi. Bu, 25 yaşından sonra insanın yemək vərdişləri və hormonal tarazlıqlar dəyişməsi ilə izah olunmuşdu.

Hərəkətsiz həyat və nizamsız yuxu da buna əlavə olunduqda maddələr mübadiləsinin sürəti yavaşlayır və bədəndə yağ nisbəti artır. Beləliklə, kökəlmək qaçılmaz olur.

Yaş, cins, yuxu müddəti, mütəmadi aclıq halı, qızdırma ilə müşayiət olunan xəstəliklər, fiziki fəaliyyət kimi amillər və hormonlar da maddələr mübadiləsinin sürətinə təsir edə bilər. 25 yaşından sonra azalan bu sürət köklüyə gətirib çıxarır. Publika.az xarici mətbuata istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR