Aprel şəhidinə həsr olunan film təqdim edildi

Noyabrın 13- də Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökümət təşkilatlarına dövlət dəstəyi Şurası Qayıdış İctimai Birliyi tərəfindən çəkilmiş 18 aprel 2016-cı il tarixində Lələtəpə döyüşləri zamanı vəzifə borcunu yerinə yetirərkən şəhid olmuş polkovnik-leytenant Sənan Axundov haqqında "Vətən aşiqi" sənədli filminin təqdimat mərasimi olub. Olaylar.az bildirir ki, təqdimatda iştirak edənlər Binəqədi rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsar İsmayılov, Bənəqədi rayon YAP təşkilatının sədri Ramiz Göyüşov, "Qayıdış" İctimai Birliyinin sədri Hasil Tağıyev, Mədəni İnkişaf İctimai Birliyinin sədri Gəray Əlibəyov, aktyor, əməkdar artist Azad Şükürov, Azərbaycan Respublikası Mədəniyyət və turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin şöbə müdirləri Sənan Talıbov və Məzahir Qarayev, əməkdaşları Aslan Qasımov və Cavid Quliyev, 144 N-li məktəbin direktoru Həcər Mahmudova, Yazıçılar Birliyinin Aran bölməsinin sədri Sərbaz Hüseynoğlu, şairlər Sabir Rüstəmxanlı, Seyran Səxavət, şairə Gülarə Şınıxlı və başqaları S.Axundovla bağlı xatirələrini bölüşmüşlər.

Daha sonra şəhid haqqında çəkilmiş "Vətən aşıqi" sənədli filminin nümayişi həyata keçirilmişdir.

Tədbirin sonunda məktəblilər arasında təşkil olunmuş vətənpərvərlik mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılmışdır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR