Rusiyada 11 ilə bəbsdə olan azərbaycanlı məhkəmə zalından azadlığa buraxıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada həbs edilərək 11 cəza çəkdikdən sonra ölkəsinə ekstradisiya edilən Knyaz Quliyevin cəzasının Azərbaycan qanunveriliyi ilə tənzimlənməsi ilə bağlı iclas keçirilib.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əhməd Quliyev sədrlik edib. Prosesdə bildirilib ki, Knyaz Quliyev Rusiyada oğurluq və digər cinayətlərdə təqsirli bilinərək 2006-cı ildə həbs edilib və 12 il müddətə azadlıqdan məhrum edilib. Cəzasının bitməsinə 1 il qalmış Azərbaycana ekstradisiya olunub.

Məhkəmənin qərarına əsasən, Knyaz Quliyev cəzasının yerdə qalan qalan hissəsindən azad olunmaqla məhkəmə zalından azalığa buraxılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR