Azərbaycan həqiqətləri amerikalı politoloqun təqdimatında

Multikulturalizm Mərkəzində tədqiqat təcrübəsi keçən ABŞ-dan olan jurnalist və siyasi araşdırmaçı Peter Teys Bosniya Herseqovinanın Travnik Universitetində Azərbaycan multikulturalizmi ilə bağlı mühazirə ilə çıxış edib. Olaylar bildirir ki, tədbir Universitetin 10 illik yubileyi ilə əlaqədar BBMM-in təşkilatçılığı və professor  Dr. Sabahudin Hadzialicin təşəbbüsü ilə baş tutub. Peter Teys  mühazirəsində  Azərbaycanın multikultural dəyərləri, Dağlıq Qarabağ münaqişəsi və Ermənistan silahlı qüvvələri tərəfindən insanlıq əleyhinə törədilən cinayətlərdən bəhs edib.  Mühazirədə eyni zamanda Azərbaycanın qədim arxitektura ənənələrinə, Memar Əcəmi Naxçıvani tərəfindən yaradılan abidələrin arxitektur baxımından unikallığı vurgulanıb.

Peter Teys Azərbaycanın 25 ildən çoxdur işğal olunmuş ərazilərində aparılan ətraf mühitin məhv edilməsi, mədəni və dini abidələrin tamamilə dağıdılmasına yönəldilmiş fəaliyyət və Azərbaycanın mülki vətəndaşlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən 1987-ci ildən bugünə qədər öldürülməsi həqiqətlərindən danışıb.

Peter Teys müxtəlif xalqların və dinlərin nümayəndələrinin birgəyaşayışı, eləcə də yəhudilərin Azərbaycanda məskunlaşması üçün şəraitin yaradılması, kompakt halda məskunlaşdıqları Quba rayonu Qırmızı Qəsəbəsinin unikallığı, eləcə də Azərbaycanda antisemitizm mövcud olmamasını, buranın onlar üçün təhlükəsiz məkan olduğunu qeyd edib.

200-ə yaxın tələbənin, həmçinin Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik nümayəndiliyinin müşaviri Elnur Quliyevin də iştirak etdiyi mühazirədə  Peter Teys adıçəkilən hər iki ölkə arasında münasibətlərin yüksək səviyyəsindən söz açıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR