Cinsi həyata mənfi təsir edən 4 QİDA

Gündəlik həyatımızda çox istifadə etdiyimiz bəzi qidalar cinsi həyatımıza mənfi təsir edir. Hətta bu qidalar irəliləyən zamanlarda cinsi həyatımızı bitirmə nöqtəsinə belə gətirib çıxara bilər. Ailem.az cinsi həyata mənfi təsir göstərən qidaları sadalayır.

Qazlı içkilər

Aparılan son araşdırmalarda qazlı içkilərin depressiyaya səbəb olduğu ortaya çıxıb. Libidonun azalmasının önəmli səbəblərindən birinin də depressiya olduğunu unutmamaq lazımdır.

Pendir 

Bir çox pendir antibiotiklərlə müalicə edilən inəklərin südündən əldə edildiyi üçün çox istehlak zamanla hormon pozuqluğuna səbəbə ola bilər. Bu hormonal pozuqluqdan seks hormonları da təsirlənir.

Kartof cipsləri

Adətən kartof cipslərində ucuz və keyfiyyətsiz yağlardan istifadə olunur. Bu yağlar orqanizmdə libido azalmasına və daha çox zərərə səbəb olur. Hormon pozuqluğuna səbəb olaraq seks hormonlarının artımına mənfi təsir edir.

Qəhvə

Mütəmadi qəhvə istehlakı böyrək üstü vəzilərin işləməsini zaman keçdikcə iflasa uğradır. Bu səbəblə seks hormonları da daxil bəzi hormonlar yetərli miqdarda istehsal edilməyə bilər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR