Nazirdən  diaspor rəhbərinə  təbrik

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Naziri Azad Cabbarov Dünya Azərbaycanlıları Assambleyası (DAA) rəhbərinə təbrik məktubu yazıb.  Qurumun mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki.  Assambleyanın "AZE Nakhchivan" SK futbol klubu təşəbbüsünü alqışladığını, bu addımın millət və dövlət qarşısında yüksək bir xidmət olduğunu məktubda qeyd edib. Naxçıvan rəhbərliyinin klubun yaradılma ideyasının, həmçinin klubun nəzdində Naxçıvan muzeyi üçün lazım olan texniki ləvazimatların göndərildiyini də bildirib.

Qeyd edək ki, bir müddət öncə DAA Almaniyanın Köln şəhərində "AZE Nakhchivan" SK futbol klubunu təsis etmişdir. Klub nəzdində, Naxçıvan muzeyi və mədəniyyət mərkəzinin də yaradılmasına qərar verilib. Məsələ ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Naziri, Respublikanın Ali Məclis sədri Vasif Talıbova məlumat vermiş, cənab Talıbov da öz növbəsində bu ideyanı dəstəkləyərək yüksək qiymətləndirilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR