Frankfurtda Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Almaniyanın Frankfurt şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisində hər il olduğu kimi, bu il də Azərbaycan təmsil olunub.  Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, sərgidə Azərbaycanın dövlətçiliyi, tarixi, mədəniyyəti və turizm imkanları ilə bağlı 380 adda 700-ə yaxın nəşr alman, ingilis və Azərbaycan dillərində ziyarətçilərin diqqətinə təqdim edilib. Sərginin növbəti günündə isə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin təşkilatçılığı ilə milli pavilyonda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin elmi və mədəni layihələr üzrə rəhbəri Arzu Təbrizli açaraq mərkəzin fəaliyyəti haqqında məlumat verib. Nizami qəzəllərinin alman dilinə tərcüməçisi Rozmari Kuper isə böyük şairin "Xəmsə"sinə daxil olan "Yeddi Gözəl" poemasından çevirdiyi "Fitnə" hekayəsini almanca səsləndirib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR