Müəllim və valideynlər qəbul edilib 

Oktyabrın 13-də paytaxtda müəllim və valideynlərin səyyar qəbulu keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Bakıdakı 214 nömrəli tam orta məktəbdə paytaxtın Nizami və Nərimanov rayonları üzrə keçirilmiş qəbula gələn vətəndaşlar məktəblərin maddi-texniki təminatı, məktəbəhazırlıq qruplarına qəbul, dərs saatlarının artırılması, idman meydançası və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR