BNA kobud qayda pozuntusu edən sürücünü cəzalandırdı

Məlum olduğu kimi, 13.10.2017 tarixində sosial şəbəkələrdə 40 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun yolun əks istiqamətinə çıxaraq hərəkət etməsi ilə bağlı videogörüntü yayılıb. Məsələ dərhal Bakı Nəqliyyat Agentliyi tərəfindən nəzarətə götürülərək araşdırmalara başlanılıb. Agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayevin "OLAYLAR"-a ver diyi məlumata görə, müəyyən edilib ki, 40 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10TH031 DQN-lı avtobusun sürücüsü sərnişinlə dolu olan nəqliyyat vasitəsi ilə yolun əks istiqamətinə çıxmaqla idarə edib. Bununla da avtobusun sürücüsü Mehdiyev Sadiq Niyazi oğlu sərnişinlərin, eləcə də digər hərəkət iştirakçılarının həyatını birbaşa təhlükəyə ataraq kobud qayda pozuntusuna yol verib. Bakı Nəqliyyat Agentliyinin tələbinə əsasən, artıq həmin sürücü işdən azad edilib: "Eyni zamanda, daşıyıcıya tapşırılıb ki, bu və buna bənzər xoşagəlməz halların təkrarlanmaması üçün zəruri tədbirləri həyata keçirsin.  Bir daha qeyd edirik ki, Bakı Nəqliyyat Agentliyi sərnişinlərinin təhlükəsizliyi ilə bağlı məsələdə üzərinə düşən öhdəlikləri yerinə yetirməyən daşıyıcılara və sürücülərə qarşı barışmaz mövqedədir və bu mövqe dəyişməzdir. 
Məlum videogörüntünü çəkib sosial şəbəkədə paylaşanlara da ayrıca təşəkkürümüzü bildiririk. Bakı Nəqliyyat Agentliyi bu gün marşrut şəbəkəsində mövcud problemlərin həllində məhz bu cür ictimai nəzarətin önəmli olması qənaətindədir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR