Plüralizm Azərbaycanın həyat tərzinə çevrilib

Artıq 20 ildən çoxdur ki, Azərbaycan müstəqil dövlət olaraq fəaliyyət göstərir. Min bir əzab-əziyyət, qanlar bahasına əldə edilən bu müstəqillik ölkəmizin beynəlxalq aləmdə, dünya birliyində demokratik bir cəmiyyət kimi formalaşmasına, inkişaf etməsinə öz dəyərli töhfəsini verib. Ümumiyyətlə, müstəqilliyin ilk illərindən etibarən Azərbaycan bütün demokratik norma və prinsipləri özündə ehtiva edərək onların ölkədə inkişaf etdirilməsi, təmin olunması istiqamətində çalışıb, addımlar atıb. Elə günümüzdə də Azərbaycan öz ənənəsinə sadiq qalaraq demokratik adət-ənənələr, prinsiplərin ölkədə inkişaf etməsi, bu prinsiplərə əməl olunması istiqamətində məqsədyönlü fəaliyyət göstərir, müvafiq addımlar atır. Hər kəsə məlumdur ki, demokratik cəmiyyətlərə xas olan xüsusiyyətlərdən biri də fikir, söz, məlumat və ifadə azadlığı, plüralizmdir.

Əgər qeyd edilən istiqamətlər üzrə Azərbaycanda mövcud olan vəziyyətə nəzər salsaq, qəti şəkildə qeyd edə bilərik ki, ölkəmizdə fikir, söz, məlumat, ifadə azadlığı, eləcə də plüralizm ənənələri qorunub saxlanılır. Bu dəfə plüralizmin dini aspektinə nəzər salmaq istərdik. Yəni Azərbaycanda dini plüralizmin mövcud olub-olmamasına, ona nə dərəcədə əməl edildiyinə. Ölkəmizdə dini plüralizmin mövcud olduğunu tam əminliklə söyləmək üçün bir neçə vacib məqamlara toxunmaq lazımdır. Hansı ki, həmin məqamların özü ölkəmizdə dini plüralizmin olub-olmadığı reallığını ortaya qoyur. Bunlara mərhələ-mərhələ diqqət edək. Bunun üçün ilk olaraq Azərbaycandakı dini təbəqəyə diqqət etmək lazımdır. Yəni, ölkəmizin dini mənzərəsinə. Hər kəsə məlumdur ki, Azərbaycan tarixən çoxdinli bir ölkə olaraq tanınıb, ölkəmizdə tarixin bütün dövrlərində müxtəlif dinlərin nümayəndələri sərbəst şəkildə, heç bir təzyiq və təqib olmadan yaşayıb, öz dini ibadətləri ilə məşğul olublar.  Ticarət yolları üzərində yaradılan karvansaraylar, sonralar tədricən yaşayış məntəqələrinə çevrilmışdir. Uzaq ölkələrdən gələn turistlərin, ticarətçilərin bir hissəsi daimi yaşamaq üçün bu yaşayış məntəqələrində məskan salırdılar ki, bu da Azərbaycanın gözəl təbiəti, münbit coğrafiyası ilə bağlı idi. Təbii ki, onlar məskən saldıqları ərazilərdə sonradan öz dini inanclarını yerinə yetirmək, icra etmək üçün ibadət məkanları inşa edirdilər ki, bu gün ölkəmizdə mövcud olan qeyri-İslam dini abidələr də məhz o illərdən bizlərə miras qalan tarixi-mədəni abilərdən sayılır. Və günümüzdə Azərbaycan dövləti həmin tarixi mədəni dini abidələrə xüsusi həssaslıqla yanaşaraq onlara yüksək diqqət göstərir, mühafizə edir. Bu da təbii ki, plüralizmin, dini tolerantlığın bor nümunəsidir.

Hazırda da eyni tendensiya hökm sürməkdədir. Bu gün Azərbaycan İslam dünyasının bir parçası, müsəlman ölkəsi olmasına baxmayaraq ölkəmizdə yalnız İslam dininə aid olan ibadət məkanları, məscid və mədrəsələr fəaliyyət göstərmir. Eyni zamanda Azərbaycanda qeyri-İslam dininə aid olan ibadət məkanları da fəaliyyət göstərir. Bu gün paytaxt Bakı ilə yanaşı, regionlarda ayrı-ayrı qeyri-İslam dini abidələri, ibadət məkanları fəaliyyət göstərir. Həm paytaxtda, həm də regionlarda yaşayan bizim qeyri İslam dinindən olan vətəndaşlarımız heç bir maneə ilə üzləşmədən həmin ibadət mıkanlarına gedərək öz ibadətlərini icra edirlər. Yaxud Bakıda xristianlara və katoliklərə məxsus olan ibadət məkanları vardır ki, həmin məkanlar da Azərbaycan hökumətinin dəstəyi nəticəsində ən yüksək  səviyyədə təmir edilərək vətəndaşların ixtiyarına verilib. Bundan başqa Azərbaycan paytaxtındakı ermənilərə məxsus olan Kilsə də vaxtı ilə Azərbaycan hökumətinin dəstəyi ilə təmir olunub. Bu arada bir məqamı xüsusi qeyd etmək lazımdır ki, bu günlərdə Bakıda keçirilən Avronest Parlament Assambleyasının toplantısında iştirak etmək üçün Bakıya təşrif  buyurmuş erməni parlamentarilər də bunu xüsusi olaraq qeyd ediblər. Və Bakıdakı erməni kilsəsinin normal vəziyyətdə olduğunu açıqca ifadə ediblər.  Bunun özü bir daha sübut edir ki, Azərbaycan nə qədər tolerant, dini plüralizmin hökm sürdüyü bir respublikadır. Baxmayaraq ki, Ermənistan bizim düşmənimizdir, ərazilərimizin 20 faizini işğala məruz qoyub, erməni təcavüzü nəticəsində 1 milyona yaxın soydaşımız qaçqın və məcburi köçkünə çevrilib, lakin bütün bunlara baxmayaraq Azərbaycan dini nöqteyi nəzərdən tolerantlıq nümayiş etdirərək onun paytaxtındakı erməni kilsəsini belə tarixi mədəni abidə kimi qoruyur, mühafizə edir.  Eyni fikri digər dinlərə məxsus olan ibadət məkanlarına göstərilən diqqət və qayğının fonunda da aydın şəkildə görmək mümkündür.  Xüsusi qeyd edilməli məqam ondan ibarətdir ki, Azərbaycan Gürcüstana təbii qazın satışı zamanı da öz tolerantlığını bir daha nümayiş etdirir desək yanılmarıq.  Belə ki, Azərbaycan kimi Gürcüstanda da müxtəlif dinlərə məxsus tarixi abidələr, ibadət məkanları mövcuddur. Bu sırada kilsələrdə yanaşı, məscidləri də qeyd etmək olar. Maraqlı məqam ondan ibarədir ki, ölkəmiz Gürcüstana təbii qazın satışı zamanı dini ibadət məkanları, tarixi dini abidələrin qazlaşdırılmasını öz hesabına həyata keçirir və belə demək mümkünsə həmin dini məkanlar Azərbaycan tərəfindən pulsuz olaraq təbii qazla təmin edilir. Nəzərə alsaq ki, Gürcüstanda da erməni kilsələri var, o zaman erməni kilsələrinin də Azərbaycanın təbii qazı hesabına qızındığını söyləyə bilərik. Bu da elə öz-özlüyündə Azərbaycanın dini nöqteyi nəzərdən nə qədər tolerant bir ölkə olduğunu ortaya qoyur.  Ancaq müqayisəli şəkildə Ermənistanın tarixi-mədəni, dini abidələrə olan münasibətinə nəzər yetirsək, düşmən ölkədə  dini tolerantlıqdan əsər-əlamətin olmadığı açıq şəkildə ortaya çıxar. Təkcə bir faktı söyləmək kifayət edər. Şuşa və Ağdam məscidlərindəki vəziyyəti. Ermənilər işğal etdikləri Şuşa şəhərindəki qədim tarixə malik Şuşa şəhər məscidini mal-qara axuruna çevirdiyi halda, Ağdam məscidindən isə işğal altıda olan ərazilərimizdə hərbi təlimlər keçirən zaman hətbi qərargah kimi yararlanırlar. Yaxud paytaxt İrəvanın özündə İran hökumətinin ciddi nəzarətində olan məscidi çıxmaq şərtilə bir dənə belə İslam dininə məxsus tarixi-dini ibadət məkanı qalmayıb. İstər İrəvanda, istər ətraf ərazilərdə, istərsə də işğal edilmiş Azərbaycan ərazilərindəki bütün ibadət məkanları, məscidlər, digər tarixi dini abidələr vandalcasına dağıdılıb, məhv edilib. Amma təəsüüflər olsun ki, bütün bunlara görə Ermənistana güldən ağır söz deyən yoxdur. Hətta bəzi hallarda sifarişlə işləyən, daha doğrusu fəaliyyətini erməni lobbisinin maliyyəsi ilə quran bir çox beynəlxalq qeyri-hökumət təşkilatları şəbəkəsi nə qədər abırsızcasına, həyasızcasına olsa da, Ermənistanı tolerant ölkə kimi tanıyırlar. Azərbaycana münasibətdə isə tamamilə fərqli, qərəzli bir yanaşma ortaya qoyurlar. Ölkəmizi din dözümsüzlükdə əsassız olaraq ittiham edir,  dini inanclı insanların hüquqlarının pozulduğunu iddia edirlər.  Kifayət qədər absurd, qərəzli bir yanaşma deyilmi? Necə ola bilir ki, dünyanın nüfuzlu beynəlxalq təşkilatları, hətta Birləşmiş Millətlər Təşkilatının ayrı-ayrı qurumları, müxtəlif ölkələr Azərbaycanı daha tolerant, dini sahədə plüralist bir ölkə, multikultural məkan kimi dəyərləndirir və bunu açıq şəkildə ifadə edirlər, lakin həmin sifarişlə işləyən qeyri-hökumət təşkilatı şəbəkələri tamamilə əks arqument ortaya qoyaraq Azərbaycanın din9i tolerantlığına, bu sahədə plüralizmin mövcud olmasına şübhə ilə yanaşılar. Əgər Azərbaycanda doğurdan da vəziyyət məhz həmin beynəlxalq qeyri-hökumət təşkilatları şəbəkəsinin qeyd etdiyi kimi olsaydı, o zaman bir sıra beynəlxalq əhəmiyyət kəsb edən dini və mədəni tədbirlərin ölkəmizdə keçirilməsinə dəstək nümayiş etdirilərdimi? Təbii ki, xeyir. Amma ortada olan reallıq ondan ibarətdir ki, hazırda əksər beynəlxalq təşkilat və qurumlar dini və mədəni müxtəlifliyin təbliğinə yönəlik, dini dözümlülüyü özündə əks etdirən əksər tədbirlərinə Bakının evsahibliyi etməsini arzulayırlar. Çünki bu gün Azərbaycan yuxarıda adlarını qeyd etdiyimiz məsələlər üzrə dünyaya nümunə göstərilə biləcək səviyyədə olan bir ölkədir. Yəni bu gün əksər dünya dövlətləri məhz Azərbaycandakı dini plüralizmdən, dini dözümlülükdən, tolerantlıqdan, multikulturalizmdən örnək götürür, bunu yaxşı bir nümunə kimi dünyada təbliğ edirlər.  Birmənalı olaraq qeyd edilir ki, Azərbaycanın davamlı sosial-iqtisadi inkişafını müəyyən edən əsas amillərdən biri ölkədə ardıcıl yeridilən multikulturalizm və həmrəylik siyasəti olmuşdur. Respublikada yayılmış mədəni və dini müxtəlifliyin qorunması istiqamətində həyata keçirilən siyasət nəticəsində regionlarda sosial yönümlü layihələr həyata keçirmək mümkün olmuşdur. Və bu kimi uğurlu addımlar günümüzdə də atılmaqdadır.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR