Bilik Fondu İsmayıllıda mühazirə təşkil etdi

Bilik Fondunun "Mədəni maarifləndirmə" proqramına uyğun olaraq, İsmayıllı Heydər Əliyev Mərkəzində Bakı Dövlət Universitetinin Televiziya və radio jurnalistikası kafedrasının müdiri, filologiya elmləri doktoru Allahverdi Məmmədlinin "Ana dilinin saflığının qorunmasında ictimaiyyətin rolu" mövzusunda mühazirəsi təşkil olunub.

Olaylar bildirir ki, tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Murad Məhərrəmov dilimizin saflığının qorunması ilə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən siyasətdən danışıb. Bilik Fondunun İsmayıllı rayonu üzrə nümayəndəsi, şəhər 5 nömrəli tam orta məktəbin direktoru Elçin Məmmədov təmsil etdiyi qurumun milli-mənəvi dəyərlərin təbliğatı ilə bağlı həyata keçirdiyi layihələri xatırladıb.

Mühazirəçi əməkdar jurnalist Allahverdi Məmmədli "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" müvafiq Fərmanı xatırladaraq, ana dilinin qorunmasında hər bir vətəndaşın məsuliyyət daşıdığını bildirib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR