Yeni ictimai birlik fəaliyyətə başlayıb

Azərbaycanda aktiv ictimai fəaliyyətlə məşğul olmağı qarşısına məqsəd qoymuş daha bir yeni təşkilat yaradılıb.  "OLAYLAR"-ın xəbərinə görə, təşkilatın adı "Sabaha İnam" İctimai Birliyidir. İctimai birliyin sədri Vüsal Əliyev, təsisçilər isə Qüdrət Əliyev və Bəxtiyar Nəsirovdur. Bununla bağlı Azərbaycan Milli QHT Forumunun binasında "Sabaha İnam" Sosial İnkişaf İctimai Birliyinin təqdimatı olub. Təşkilatın sədri Vüsal Əliyevin sözlərinə görə, birliyin məqsədi əhalinin, xüsusilə qaçqın və məcburi köçkünlərin sosial inkişafına kömək etməkdən, bir sıra məsələlərdə maarifləndirmə işlərinin aparılmasından ibarətdir. O bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşı çalışmalıdır ki, bu istiqamətdə gənclərimizə də dəstək olsun. Bildirilib ki, yeni birliyin əsas məqsədi və hədəfi Azərbaycanda yaşayan həssas qrupların, aztəminatlı ailələrin, kimsəsiz uşaqların, qaçqın və məcburi köçkünlərin problemlərinin həllində, sosial inkişafının təmin edilməsində aktiv iştirak etmək və həmçinin də turizm, təhsil, kənd təsərrüfatı kimi sosial əhəmiyyətliliyi böyük olan digər sahələrdə təşviq edici bütün layihələrdə rol almaqdır, həmçinin gənclərin müasir texnologiyalardan istifadə imkanlarının genişlənməsinə yardım etməkdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR