Acları doyurmaq üçün yemək sifariş verdi, hesab gələndə şok oldu - FOTO

Hindistanda qəribə hadisə baş verib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, Axileş Kumar adlı kişi restoranda əyləşib sifariş verdiyi yeməyi gözləyirmiş. O, pəncərədən küçəyə baxanda kiçik bir oğlan uşağının yeməklərə baxaraq udqunduğunu görür. Oğlanın yanında isə ondan bir az böyük bacısı olub. Axileşin uşaqlara ürəyi yanır və onları masasına dəvət edir. Sonra baş verənlər isə onu heyrətə gətirib.

Uşaqları masasına dəvət edən Kumar onlardan nə yemək istədiyini soruşub. Uşaqlar isə Axileşin boşqabını işarə ediblər. Axileş də yediyi yeməkdən uşaqlar üçün sifariş edib.
Ac uşaqlar qısa müddətə yeməklərini yeyib, Axileşə təşəkkür edib restorandan çıxırlar. Kumar isə ofisiantdan hesabı istəyib. Hesab gələndə isə Axileş Kumar şok keçirib. Çünki kağızda rəqəm yox idi, sadəcə, bir cümlə yazılmışdı: "Hamıya kömək etmək olmaz, amma siz bu gün bəşəriyyət üçün nəsə etdiniz. Siz ehtiyacı olana kömək etdiniz"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR