“Qarabağ” yatağında ekoloji monitorinq tədqiqatı keçirilib

SOCAR-ın Ekologiya İdarəsinin ekspedisiya qrupu "Azneft" İstehsalat Birliyinin mütəxəssisləri ilə birlikdə Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi çərçivəsində oktyabr 5-dən 11-ə kimi "Qarabağ" yatağı ərazisində ekoloji monitorinq tədqiqatı həyata keçirib. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, monitorinq planına əsasən yataqda ətraf mühitin ilkin tədqiqi aparılıb. Tədqiqatda istifadə olunan "Nefteqaz-62" gəmisinin göyərtəsində ekoloji monitorinq üçün tələb olunan cihaz və avadanlıqlar quraşdırılıb. Ekoloji tədqiqatın nəticələri "Qarabağ" yatağının işlənməsi layihəsi çərçivəsində hazırlanacaq Ətraf Mühitin İlkin Vəziyyətinin tədqiqi və Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi hesabatlarına daxil ediləcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR