BANM Ukrayna universiteti ilə Memorandum imzalayıb

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Ukraynanın Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetinin rektoru, iqtisad elmləri namizədi Vladimir Onişenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, ukraynalı nümayəndələr Poltava Milli Texniki Universiteti barədə ətraflı məlumat verib, universitetin 1930-cu ildən fəaliyyət göstərdiyini qeyd ediblər. Tədris müəssisələri arasında münasibətlərin möhkəmləndirilməsi məqsədilə Azərbaycana səfər etdiklərini bildirən qonaqlar BANM-in qısa müddət ərzində qazandığı nailiyyətləri təqdir edib, bu nüfuzlu ali məktəblə əməkdaşlığa xüsusi maraq göstərdiklərini vurğulayıblar.  Sonda BANM və Poltava Milli Texniki Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR