Nəsimi rayonunda 2017-ci ilin üçüncü rübü ərzində görülmüş işlər müzakirə edilib

Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclası keçirilib. "Olaylar" xəbər verir ki, Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, respublikamızda olduğu kimi Nəsimi rayonunun iqtisadi və sosial həyatında da ciddi uğurlar əldə olunmuşdur. Respublikamızın bütün bölgələrindədə əldə olunan uğurlar Bakı şəhərinin Nəsimi rayonunun sosial-iqtisadi həyatında da öz əksini tapmışdır. Nəsimi rayonu ərazisində cari ilin 3-cü rübü ərzində keçirilən bir sıra tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak etmişlər. Sentyabr ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Əsaslı təmir işləri Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı Sərəncamla təsdiq edilmiş Dövlət Proqramının tədbirlər planının icrası ilə əlaqədar aparılıb. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı bu cür müəssisələrin müasir səviyyədə yenidən qurulması onu göstərir ki, Azərbaycan dövləti təhsilin inkişafına və bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqətlə yanaşır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva paytaxtın Nəsimi rayonunda yerləşən "Qərənfil" körpələr evi-uşaq bağçasında Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Bağça ilə tanış olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tövsiyyələr verərək müəssisənin işinə uğurlar arzulamışdır.Rayonun makroiqtisadi göstəriciləri , xüsusilə informasiya və rabitə, xidmət sahələri üzrə 2017-ci ilin 9 ayı ərzində bir sıra nailiyyətlər qazanılmışdır. Natiq 9 ay ərzində Nəsimi rayonunda həyata keçirilən tədbirlər haqqında məlumat vermiş və qarşıda duran vəzifələrdən danışmışdır. Şura iclasında Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Emin Hüseynova "Dövlət qulluğunda fərqlənməyə görə" medalı təqdim edilmişdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR