Nəsimi rayonunda yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirilib

13 oktyabr 2017-ci il tarixdə Nəsimi Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə "Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti" mövzusunda rayon müşavirəsi keçirilib. Rayon İcra Hakimiyyətindən "Olaylar2a bildirilib ki, tədbirdə Nəsimi rayonunda fəaliyyət göstərən özünüidarəetmə orqanlarının nümayəndələri, rayonun təsərrüfat rəhbərləri, rayon təhsil, səhiyyə müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri, eləcə də, FHN Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin nümayəndələri iştirak ediblər. Müşavirəni giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Qurban Ismayilov Nəsimi rayonunda yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı görülən işlər barədə məlumat verərək, insanlar arasında bu istiqamətdə təbliğat işinin əhəmiyyətindən danışıb. Bakı Regional Mərkəzinin rəis müavini, polkovnik-leytenant Elnur Qasimov tədbirin keçirilməsinin zəruriliyini bildirərək, fövqəladə hadisələr zamanı insanların təhlükəsizliyinin təmin edilməsinin əsas vacib məsələ olduğunu bildirib. Daha sonra Bakı şəhərində 2016 -21017-ci illərin müvafiq dövründə baş vermiş yanğin hadisələrinin statistikası barədə məlimat verilib. Tədbir zamanı "Məişətdə yanğın təhlükəsizliyi", "Dəm qazı" və "Odsöndürən balondan istifadə qaydaları" ilə bağlı videoçarxlar nümayiş olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR