Qadın və kişi arasında BİLMƏDİYİMİZ— 30 FAKT

Qadın hər zaman tapmaca sayılıb. Bu gün kişi və qadın bədəni arasındakı tibb elminin aşkar etdiyi fərqləri sadalayacaqlar.

1.Qadın saçının diametri kişilərə nisbətən iki dəfə kiçikdir.

2.Qadının ürəyi kişiyə nisbətən daha sürətli döyünür.

3.Qadınlar kişilərə nisbətən 2 dəfə çox göz qırpırlar.

4.Qadının kişiyə bağlılığı kişinin qadına olan bağlılığından güclüdür. Bu səbəbdən bir qayda olaraq qadınlar ailə qurmağa daha çox meyl edirlər. Bu isə ositotsinin yüksək miqdarı və beyində uzunmüddətli bağlılığa cavab verən hissənin daha yüksək inkişafı ilə əlaqəlidir.

5.Qadınlar kişilərə nisbətən piyi gec əridirlər-gün ərzində 50 kalori.

6.Qadının immunitet sistemi daha güclüdür.

7.Qadın beynində qırışlar kişiyə nisbətən qalındır. Bu səbəbdən qadınlar mürəkkəb tapşırıqların öhdəsindən daha rahat gəlirlər.

8.Qadın dilində dad reseptorlarının sayı daha çoxdur.

9.Qadında xəstəlik reseptorları daha çoxdur. Amma estrogen iltihab prosesinin qarşısını alır və qadınlar ağrıya daha dözümlü olurlar.

10.Qadınlar kişilərə nisbətən rəngləri daha asan ayırd edə bilirlər. Çünki rəng seçimi X xromosomu ilə birbaşa əlaqəlidir.

11.Qadın dərisi kişiyə nisbətən 10 dəfə daha həssasdır.

12.Qadının sinəsində əzələ toxuması yoxdur.

13.Qadının əzələ və bağlarında elastin kollagenə nisbətən daha çoxdur. Bu səbəbdən qadınlar daha çevikdirlər.

14.Qadınlar yüksək tezlikli səsi kişilərə nisbətən daha tez ayırd edə bilirlər.

15.Yuxu zamanı qadın beyninin elektrik aktivliyi cəmi 10 faiz aşağı düşür.

16.Qadınlar şirin dadı kişilərə nisbətən daha yaxşı ayırd edə bilirlər.

17.Qadınlar məkanda kişilərə nisbətən daha pis hərəkət edirlər. Bundan başqa ilk cəhddən kişilərin 82, qadınların 71 faizi maşını park edə bilir.

18.Qadının iki beyin mərkəzi danışığa cavab verir. Bu səbəbdən gün ərzində qadın 8000 söz deyir, 3000 səsdən istifadə edir. Kişilərdə bu göstərici iki dəfə azdır.

19.Qadınların iybilmə qabiliyyəti doğuşdan daha yaxşı inkişaf edir.

20.Qadınların 80 faizinin sol döşü sağ döşünə nisbətən böyükdür.

21.Qadınlarda periferik görmə qabiliyyəti yaxşı inkişaf edib.

22.Qadın döşü temperatura reaksiya verir. İstidən yumşalır.

23.Qadın 10-20 dəqiqə ərzində orqazm olur. Kişilər üçün isə 4 dəqiqə kifayətdir.

24.Qadın boynu daha hərəkətlidir. Bu səbəbdən onu çağıranda başını çevirir. Kişilər isə bədənləri ilə dönürlər.

25.Dazlaşma X xromosumuna aid əlamətdir. Kişiyə bu anasından irsən keçir.

26. İki X xromosomu olduğu üçün qadınlar xroniki xəstəliyə daha tez yoluxurlar.

27.Qadınlar il ərzində 30-64 dəfə, kişilər isə 6-17 dəfə ağlayırlar.

28.Qadınların 30 faizi hamiləlik dövründə yeyilməyən əşyalara yerikləyirlər.

29. Progesteron, kortizol və estradiol hormonlarının yüksək səviyyəsi qadınların narahatçılıq və təhlükə hissini artırır. Bu səbəbdən qadınlar təhlükəni kişilərə nisbətən daha tez hiss edirlər.

30. Qadın kökələndə hər 1 kilo artıq çəki döşlərinin çəkisini 20 qram artırır. Bu proses əksinə də baş verir.

Ölkə.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR